CƏMİYYƏT
“Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 30-dək texnika cəlb olunub YENİLƏNİB 2 VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərindən ümumilikdə 30-a yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvə əraziyə cəlb olunub.
20:35
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.
19:59
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hazırda FHN-in qüvvələri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
19:06
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.