28 May – Respublika Günü Finlandiyada da qeyd ediləcəkdir
Bakı, 25 may (AZƏRTAC). 28 May - Respublika Günü münasibətilə Finlandiyadakı azərbaycanlıları birləşdirən “Dostluq” cəmiyyəti tərəfindən Helsinkidə “Anam doğma Vətənim - Azərbaycan” adlı mədəni-kütləvi tədbir keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 28-də keçiriləcək tədbirdə Azərbaycan, türk və digər xalqların diasporlarının, yerli ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Tədbir iştirakçılarına müstəqil Azərbaycanın keçdiyi yol, respublikamızın sosial-iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də xalqımıza qarşı törədilmiş digər faciələr barədə ətraflı məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]