28 May – Respublika Günü İsveçrədə də qeyd olunmuşdur
Bakı, 1 iyun (AZƏRTAC). İsveçrə Konfederasiyasında “Azərbaycanın Dostları” Birliyi tərəfindən 28 May - Respublika Gününə və “Eurovision-2011” mahnı müsabiqəsində ölkəmizin qələbəsinə həsr olunmuş bayram şənliyi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, şənlikdə İsveçrədə, Almaniyada və Fransada yaşayan azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri də iştirak etmişlər.
Tədbir Azərbaycanın tarix, mədəniyyət və başqa sahələrindən bəhs edən təqdimatla başlanmışdır.
Sonra səhnəyə gənc müğənni Elcan Rzayev çıxaraq bəstələdiyi “Ana Vətən” mahnısı ilə konsert proqramına başlamışdır. Müğənninin məharətlə ifa etdiyi Azərbaycan xalq mahnıları bütün qonaqları heyran etmişdir.
“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə ölkəmizin Berndə yerləşən konsulluğuna, təqdimatı hazırlayan və təqdim edən Yesim Dəmirdaşa, Stefan Şarena, müğənni Elcan Rzayevə təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]