28 May – Respublika Günü Osloda da qeyd ediləcəkdir
Bakı, 27 may (AZƏRTAC). Mayın 28-də Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT) tərəfindən Respublika Gününə həsr olunmuş tədbir keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Norveçin paytaxtında keçiriləcək “Saqene Beynəlxalq Festivalı”nın bir hissəsi 28 May - Respublika Gününə həsr olunacaqdır.
Tədbirdə NAGT-ın sədri Ramil Əliyev tədbir iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verəcəkdir.
Festival çərçivəsində Norveç Konservatoriyasının tələbəsi Əhməd Mirzəyev YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil olunmuş aşıq musiqisinin gözəl nümunələrini ifa edəcəkdir.
Tədbirdə, həmçinin azərbaycanlı və norveçli gənclərin hazırladığı “Azərbaycan gənclərin gözü ilə” adlı fotosərgi, ölkəmiz ilə bağlı nəşrlər, milli mətbəximizin nümunələri və geyimlərimiz nümayiş olunacaqdır.
R.Əliyev bildirmişdir ki, “Saqene Beynəlxalq Festivalı” Oslo meriyasının Saqene şəhər bölməsinin və bir sıra nüfuzlu təşkilatlar tərəfindən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]