Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır VİDEO

XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuatın sualına cavabında səsləndirib.

Mətbuat katibi diqqətə çatdırıb ki, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübuta yetirib.

Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə bu ölkənin parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyan və onlara xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.

Bu müddət ərzində Fransa ərazisində mövcud azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi XIX əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi, hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlərin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə kampaniyasının tərkib hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.

“Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir", - deyə A.Hacızadə vurğulayıb.

XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi - dəyirmi masa

Nazir müavini: Təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar

Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib YENİLƏNƏCƏK

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Rusiyadan idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Moskva Patriarxlığının nümayəndəsi: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər

Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO

Dilçilik İnstitutunda Türkiyə universitetlərinin nümayəndələri ilə görüş olub

UNESCO-ya üzv ölkələrin daimi nümayəndələrinə regiondakı son proseslər barədə məlumat verilib

“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib olublar

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir

Blinken Qüdsdə Netanyahu ilə görüşüb

Avropa çempionatı: Azərbaycanın amputant millisinin oyunlarının təqvimi açıqlanıb

Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları

Asmita Satyarthi: Hazırda bütün dünya sivilizasiyalar böhranın girdabındadır

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Devid Bednar: Azərbaycan multikultural və tolerant ölkə kimi nümunə göstərir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Efendus Henderson: Mədəniyyətlərarası Dialoq Forumu unikal platformadır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edir

Alimlər ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

® “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10 faiz keşbek qazanın

Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir

AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib

Hərbi attaşelər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbini ziyarət ediblər

“Sərhədçi”nin baş məşqçisi: Çempion olmaq istəyirik və buna köklənmişik

Baş nazir Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Bloomberg: Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb

İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb

ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru: Gənclərə öz fikirlərini ifadə etmək imkanı verilməlidir

Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb

Aprel ayında dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb

Akademik İsa Həbibbəyli AMEA-nın yeni loqotipinin hazırlanması üçün təqdim edilən layihələrlə tanış olub

Sabunçu rayonunda satışı nəzərdə tutulan müxtəlif təyinatlı 188 kəsici-deşici alət aşkarlanıb

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilir

Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

Oğuzda silahlı şəxs saxlanılıb

“Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda plenum keçiriləcək

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir

BMU məzunları ilə tələbələrin görüşü təşkil olunub

Bild: Berlində “Amazon” kompaniyasının 16 avtomobili yandırılıb

Jan Kristof Bas: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qabaqcıl tədbirə çevrilib VİDEO

COP28-in prezidenti İtki və Zərər Fondunun ilk tarixi iclasına sədrlik edib

Aleksandr Zuyev: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq sülhü təşviq edəcək

Taleh Kazımov: “Naxçıvan Bank”ın səhmdarlarının verəcəyi qərarın maliyyə sektoruna heç bir təsiri olmayacaq

İri sahibkarlıq subyektləri Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin tətbiqinə başlayıb

Respublika fənn olimpiadalarının fizika və tarix fənləri üzrə final turu keçirilib

Mayın 2-də bəzi rayonlarda hava yağıntılı olacaq

I Beynəlxalq Opera Festivalının dördüncü günündə professor Hüseyn Əliyevin tələbələri çıxış ediblər

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirir

Tanışının ölümündə şübhəli bilinən şəxs barədə həbs qətimkan tədbiri seçilib

AQTİ ictimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlayıb

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndəsi: Azərbaycanda mötəbər yarışların təşkili həmişə yüksək səviyyədə olub

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

ISSF rəsmisi: Azərbaycanın nüfuzlu turnirlərə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var

Baş katib: "Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır

NASA Arktika Dairəsinə elmi tədqiqat üçün hava şarları göndərir

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

Zemfira Meftahətdinova: Atıcılarımızın Dünya Kubokunda uğurlu nəticələr qazanacağına inanıram

Simli Kvartetin təqdimatında kamera musiqisi axşamı

Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...

Avropada qazın qiyməti 6 faiz bahalaşıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Tarix Muzeyinin yeni kataloqu nəşr olunub

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır VİDEO

Ülviyyə Zülfiqar: Qərbi Azərbaycan Televiziyası binasının açılışı ilə efir siyasəti də yenilənir

Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb

AMB: Bu il cari əməliyyatlar balansı 7 milyard dollar səviyyəsində proqnozlaşdırılır

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Görkəmli yazıçı İsi Məlikzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq

Prezident: İndi biz sülhə doğru gedirik

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib VİDEO

Səudiyyəli nazir: İqlim dəyişikliyi ilə bağlı məsuliyyətlərin bölüşdürülməsində riyakarlıq var

AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək

Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir

Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqlayıb

Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub