Oğuzdakı qəzada ölən və yaralananların kimliyi bilinib YENİLƏNİB VİDEO
Oğuz, 25 noyabr, Rasim İslamoğlu, AZƏRTAC
Axşam saatlarında Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Dəymədağlı kənd sakini 34 yaşlı Sakit Əzimov hadisə yerində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində Dəymədağlı kənd sakini 36 yaşlı Səxavət Hüseynov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan Sincan kənd sakini 34 yaşlı Röyal Qarayev yüngül xəsarət alıb. Ona yerində tibbi yardım göstərilib, xəstəxanaya müraciət etməyib, vəziyyəti yaxşıdır.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
21:10
Axşam saatlarında Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Qəza yerini polis əməkdaşları nəzarətə götürüb, hüquq-mühafizə orqanlarının nümayəndələri təhqiqat aparır.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.