Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünüməşğulluq proqramı çərçivəsində qazanılan uğur hekayəsi: Dərzi Mübariz Ələkbərov - REPORTAJ VİDEO

Tovuz, 1 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Məşğulluğun təmin edilməsi və kiçik ailə bizneslərinin qurulması istiqamətində həyata keçirilən dövlət siyasəti bu gün yüzlərlə insanın həyatında real dəyişiklik yaradır. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində peşə bacarığı olan və ya yeni peşə öyrənmək istəyən vətəndaşlara zəruri avadanlıqlar təqdim edilir, onların davamlı gəlir əldə etməsinə şərait yaradılır. Bu proqramdan yararlananlardan biri də dərzi Mübariz Ələkbərovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mübariz Ələkbərov uzun illərdir dərziliklə məşğul olur. Lakin maddi imkanların məhdudluğu səbəbindən fəaliyyətini genişləndirmək və daha peşəkar xidmət göstərmək imkanları məhdud idi. Özünüməşğulluq proqramı haqqında məlumat əldə etdikdən sonra o, müraciət edərək seçim mərhələsindən keçib və xüsusi təlimlərə qatılıb.

44 yaşlı Mübariz hərbi xidmətdən qayıtdıqdan sonra dərzi yanında şagird olaraq çalışıb bu peşənin sirlərini öyrənib. Tezliklə özü müstəqil şəkildə fəaliyyətə başlayıb. Deyir getdikcə peşəyə bağlanıb və bu sahədə daha çox iş görmək istəyib. Bunun üçün ona avadanlıq və geniş texniki imkanlar lazım gəlib. 22 ildir dərzilik fəaliyyəti ilə məşğul olan Mübariz ailə biznesini qurub, onu inkişaf etdirmək üçün dəstəyə ehtiyacı olduğunu anlayaraq Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramından yararlanmaq qərarına gəlir.

Layihə çərçivəsində Mübariz Ələkbərova müasir tikiş maşını, overlok, ütü və digər zəruri avadanlıqlar təqdim olunub. Bu dəstək onun iş keyfiyyətini artırmaqla yanaşı, müştəri sayının artmasına da müsbət təsir göstərib. Artıq o, yalnız sadə tikiş xidmətləri deyil, müxtəlif ölçü və dizaynda geyimlərin hazırlanması ilə də məşğuldur. Sifarişlərin artması ailə büdcəsinə sabit gəlir gətirib. “Tanışlardan biri dedi ki, Dövlət Məşğulluq Agentliyində bir proqram var, çatışmayan avadanlıqlarla təmin edirlər. Mənim də çox avadanlığa ehtiyacım var idi. 2020-ci ildə Məşğulluq Agentliyinə müraciət etdim. Bir il sonra mən kursa yazıldım və 4-5 min manat həcmində 7 cür dərzi avadanlıqları ilə təmin olundum. O vaxtdan fəaliyyətimi genişləndirib işləyirəm. Sonradan öz gəlirimdən də başqa yeni avadanlıqlar aldım.”

Mübariz artıq bir dərzi olaraq gələcək üçün də planlar qurub. Biznesini inkişaf etdirib, genişləndirməyi düşünür. “Yenidən Məşğulluq Agentliyinə müraciət etməyi düşünürəm. Belə bir layihə təşkil ediblər iştirak etmişəm. Çatışmayan avadanlqları yenə əldə etməyi planlaşdırıram.”

Sexində artıq bir işçi də çalışdıran Mübariz deyir ki əldə etdikləri avadanlıqlar sayəsində gəlirləri də artıb. Yeniliklərə maraqlı olan dərzi müasir avadanlıqlarla da maraqlanır, işini günün tələblərinə uyğun qurur. Gələcəkdə sexini bir qədər də genişləndirib mini-fabrik qurmağı, işçilər cəlb etməyi planlaşdırır. “Məndə o potensial var. Sadəcə bunun üçün də əlavə avadanlığa ehtiyac var. Məsələn, gələcəkdə işimi genişləndirsəm baş geyimi tikmək olar ki, bu daha gəlirlidir. Hazırda əsas işim uniforma tikməkdir. Sıfırdan kostyum, şalvar biçib tikirəm. Sifarişlərim də kifayət qədərdir. Qış mövsümündə sifariş az olur. Yazda sifarişlər də çoxalacaq” - deyə, dərzi M.Ələkbərov əlavə edib.

Üç övlad sahibi olan Mübariz peşəsinə bağlı olduğunu deyir. Lazımi avadanlıqlarla da təmin olunduğu üçün məmnundur.

Qeyd edək ki, özünüməşğulluq proqramının əsas məqsədi vətəndaşları aktiv əmək bazarına qazandırmaqdır. Mübariz Ələkbərovun timsalında bu məqsədin uğurla reallaşdığını görmək mümkündür. Mübariz Ələkbərovun hekayəsi göstərir ki, düzgün istiqamətləndirmə və vaxtında göstərilən dövlət dəstəyi insan həyatında dönüş nöqtəsi ola, həmçinin, peşə bacarığı və zəhmət dövlət dəstəyi ilə birləşəndə dayanıqlı gəlir mənbəyinə çevrilə bilər. Özünüməşğulluq proqramı bu dönüşü təmin edən sosial layihələrdən biridir.

Özünüməşğulluq proqramı çərçivəsində qazanılan uğur hekayəsi: Dərzi Mübariz Ələkbərov -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır