Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub
Moskva, 28 sentyabr, AZƏRTAC
Yaroslavl vilayətində pirotexnika istehsal edən müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub, bir qadın xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, yanğın Kubrinsk kəndində baş verib. Petardaların istehsal olunduğu müəssisənin ərazisində 2 bina yanıb.
Dağılan konstruksiyaların sökülməsi zamanı 10 nəfərin meyiti aşkar edilib. Ayağından xəsarət alan bir qadın təcili tibbi yardım briqadasına təhvil verilib.
Baş vermiş hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Yaroslavl vilayəti üzrə İstintaq İdarəsi təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması və bunun ehtiyatsızlıqdan 2 və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]