ORDU
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Erməni silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 74 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Qaraqaşlı, Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:55]
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
- 03.05.2024 [13:35]
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib
- 03.05.2024 [12:32]
Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir
- 02.05.2024 [17:35]
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
- 01.05.2024 [19:45]
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
- 01.05.2024 [16:25]
Hərbi Dəniz Qüvvələrinin NATO-nun nümayəndələri ilə görüşü keçirilib
- 01.05.2024 [13:59]