DÜNYA


ABŞ Dövlət Departamenti borclulara xarici pasport verilməsini dayandırıb

Bakı, 29 iyul, AZƏRTAC 

ABŞ-da qəsdən vergi ödəməyən şəxslərə xarici pasport verilməsi dayandırılıb.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, ölkənin vergi administrasiyasının - Daxili Gəlirlər Xidmətinin qiymətləndirməsinin nəticələrinə görə, bu tədbir 362 mindən artıq vətəndaşı əhatə edəcək.

Qanunda göstərilir ki, vergi orqanları Dövlət Departamentini vergi borcu 51 min dollardan artıq olan şəxslər barədə məlumatlandırmalıdır. Bu tədbir çərçivəsində xarici siyasət idarəsinə də həmin şəxslərə pasportların verməsi və ya onların pasportlarının müddətinin uzadılması qadağan edilib. Bununla yanaşı, Dövlət Departamenti əlində pasport olan vergi qaçaqlarının pasportlarını ləğv etməlidir.

Daxili Gəlirlər Xidmətinin nümayəndəsi Meri Bet Merfinin sözlərinə görə, hələlik sərhədi keçərkən şəxsiyyəti təsdiq edən sənədin verilməsindən imtina olunması ilə kifayətlənmək qərara alınıb. Lakin gec-tez vergi qaçaqlarının pasportlarının müddəti qurtaracaq. İndiki halda xarici ölkələrə getmək istəyirlərsə, onların yeni pasport üçün müraciəti rədd ediləcək.

Bundan əlavə, qanun qüvvəyə minəndən bəri faktları təsdiq edir ki, bu tədbir öz sözünü deyir. İyun ayının sonuna olan vəziyyətə görə, 220 nəfər ümumilikdə 11,5 milyon dollar həcmində borclarını tam şəkildə ödəyib. Dövlətə vergi borcu olanlardan bir nəfər isə xari pasport ala bilmək üçün 1 milyon dollar həcmində borcunu ödəyib.

İndiyədək 1,4 min nəfər vətəndaş öz vergi borclarını hissə-hissə ödəmək barədə müvafiq orqanlarla razılaşma əldə edib ki, bu addımı atmaq onların adının “qara siyahı”dan çıxarılmasına imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.