Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antibiotiklərə qarşı davamlılığın təhlükələri

Antibiotiklərə qarşı davamlılığın təhlükələri

Bakı, 21 avqust, AZƏRTAC

Antibiotiklərə qarşı davamlılıq və ya rezistentlik - mikroorqanizmlərin, o cümlədən patogenlərin bir və ya daha çox antibakterial preparatın təsirinə qarşı özünümüdafiə xüsusiyyətidir. Antibiotiklərə qarşı rezistentliyin yaranması prosesi paralel olaraq mikroorqanizmlərin həmin preparatlara qarşı həssaslığının azalması ilə müşayiət olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, Ç. Əliyeva və Ş. Məmmədovanın hazırladığı maarifləndirici məqalədə bəhs olunur.

Təsnifatına görə rezistentliyin mikroorqanizmlərdə təbiətən mövcud olan təbii, genetik mutasiya nəticəsində yaranan və genlərarası mübadilə ilə qazanılan növləri mövcuddur. Antibiotiklərin istifadəsi ilə mikroorqanizmlərdə yaranan rezistentlik elementləri multirezistentliyə (çarpaz rezistentlik) səbəb olur. Dinamik olaraq davam edən həmin proses ekoloji mühit və insan sağlamlığının təmin olunması baxımından qlobal problemə çevrilib. Bir neçə antibakterial preparata qarşı davamlı olan mikroorqanizmlər multirezistent (polirezistent) və ya “superbakteriyalar” adlanır.

Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı davamlı olan infeksion xəstəlik törədiciləri dünyada hər il milyonlarla insanın həyatına son qoyur. Müasir dövrdə antibiotikorezistentlik faktoru ilə əlaqədar olaraq əhali arasında bir sıra təhlükəli yoluxucu xəstəliklərin, xüsusilə multirezistent patogenlər tərəfindən törədilən infeksiyaların qarşısının alınması mümkünsüz hala çevrilib.

Məlum olduğu kimi, müxtəlif mikroorqanizm növlərində tətbiq olunan preparatlara qarşı spesifik rezistentlik formalaşır (göbələklərdə göbələk əleyhinə preparatlara, viruslarda virus əleyhinə preparatlara, ibtidailərdə protozoa əleyhinə preparatlara və bakteriyalarda antibakterial preparatlara qarşı). Mahiyyət etibarilə bakteriyalarda antibiotiklərə qarşı yaranan rezistentlik qlobal əhəmiyyət kəsb edir. Belə ki, uyğun tərkib və ya təsir mexanizminə malik olan antibiotiklərin səhiyyə ilə müqayisədə baytarlıqda, qida sənayesində və kənd təsərrüfatının digər sahələrində çox istifadə olunması məhz bakterial rezistentliyə səbəb olduğundan insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit üçün yüksək risk təşkil edir. Həmin proses rezistent patogenlərin yaranması ilə yanaşı, həmçinin yayılması baxımından da təhlükəli hesab olunur. Odur ki, bəşəriyyət üçün törədə biləcəyi təhlükələr nəzərə alınmaqla antibiotiklərin istifadəsi ilə bağlı WHO, OIE və FAO kimi beynəlxalq təşkilatlar tərəfindən qlobal strategiyaya uyğun olaraq antibiotikorezistentliyə qarşı mübarizə tədbirləri çərçivəsində “Vahid dünya - Vahid sağlamlıq” konsepsiyasının prinsipləri əsasında tənzimlənmələr həyata keçirilir.

Qeyd edək ki, rezistent bakteriyaların heyvan populyasiyasından insan populyasiyasına ötürülməsi başlıca olaraq heyvan mənşəli qida məhsullarının (süd, ət, yumurta və s.) istehlakı, heyvanlarla təmas və ya ətraf mühit vasitəsilə baş verir. Nəzərə almaq lazımdır ki, antibiotiklərin heyvandarlıqda terapevtiki və profilaktiki məqsədlər üçün qeyri-rasional istifadəsi, eləcə də boy stimulyatoru kimi tətbiqi rezistentliyin artmasına səbəb olur. Həmin proses eyni zamanda istifadə olunan antibiotiklərin farmakoloji sinfindən asılıdır. Məsələn, qlikopeptidlər, sefalosporinlər və xinolonların tətbiqi ilə MRSA (methicillin-rezistent staphylococcus aureus) infeksiyalarının artması aşkarlanıb.

Rezistentliyin müxtəlif səbəblərdən (mikroorqanizmin antibiotikin nüfuz edə bilməyəcəyi quruluşa malik olması, mikroorqanizm tərəfindən antibiotikin qeyri-aktiv formaya çevrilməsi, genetik mutasiya, gen mübadiləsi və s.) yaranması barədə ədəbiyyat məlumatlarına rast gəlinir.

Antibiotiklərin bakteriyaların hüceyrə divarını zədələməsi, zülal və nuklein turşuları sintezini əngəlləməsi, hüceyrə membranı keçiriciliyini pozması, həmçinin antimetabolik xüsusiyyəti ilə əlaqədar təsir mexanizmləri mövcuddur.

Rezistom kimi tanınan rezistent genlərin patogen bakteriyalar tərəfindən horizontal olaraq ekosistemdə yayılması intensiv baş verir. Əczaçılıq və tibb müəssisələrindən, eləcə də heyvandarlıq təsərrüfatlarından tullantı suları ilə çay və dənizlərə axıdılan antibiotik qalıqları isə rezistentliyin su mühitində yayılmasına təkan verir.

Beləliklə, ekoloji sistemin tarazlığını antibiotikorezistentliyin mənfi təsirlərindən qorumaq üçün ilk növbədə antibiotiklərə dair əhali arasında aparılan maarifləndirmə tədbirləri gücləndirilməlidir. Həmçinin həmin preparatların baytarlıq sahəsində kortəbii istifadəsinə yol verilməməli, infeksiyalar zamanı antibiotiklərin minimum və effektiv tətbiqinə nail olunmalı, tibdə kritik əhəmiyyət kəsb edən antibiotiklərin heyvandarlıqda istifadəsinə yol verilməməli, biostimulyator kimi və profilaktik məqsədlər üçün antibiotiklərin istifadəsi məhdudlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, heyvan rifahının təmin edilməsi və infeksiyalara qarşı peyvəndləmə tədbirlərinin təkmilləşdirilməsi ilə antibiotiksiz heyvan mənşəli qida məhsulları istehsalına nail olunması qida təhlükəsizliyinin əsas hədəflərindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT emissiyaları təcili azaltmağa çağırıb

Venesuela ABŞ və İtaliya şirkətləri ilə neft hasilatını artırmaq üçün yeni müqavilələr imzalayıb

Norveç millisinin sabiq futbolçusu: “Sabah” bu il çox sürətlə ön plana çıxdı

Məhkumlar üçün narkomaniya əleyhinə maarifləndirmə görüşü təşkil edilib

ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir

ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib

Sabah hava əsasən yağmursuz keçəcək

“AzərEnerji” Çin şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Süni intellektin təhsildə tətbiqi yeni yanaşmalar tələb edir

Yaxın 2 gündə hava necə olacaq? - PROQNOZ

Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı açıqlanıb

Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyədə insan kapitalının gücləndirilməsinə xidmət edir - ŞƏRH

“Plug & Play”in regional direktoru: Azərbaycanda “deep tech” və yeni nəsil startapların formalaşmasına dəstək vermək istəyirik – AÇIQLAMA

Mariyana Kuyundziç: Aİ mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır

Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir

Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO

Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO

UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır

Bu saata olan əsas xəbərlər

® “AzInTelecom” bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub

Ötən gün 68 cinayətin açılması təmin olunub

Ötən ay Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Ağdamda rəqəmsal mühitdə narkotik risklərinə qarşı maarifləndirmə aksiyası təşkil olunub

Mariyana Kuyundziç: Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır

Türkiyənin vitse-prezidenti gəmi qəzası ilə bağlı Şimali Kiprə səfər edəcək

Masallı “ASAN Həyat” kompleksinin 10 yaşı tamam olur

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarük edilib VİDEO

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarük edilib VİDEO

“Turan” beynəlxalq turnirdə Yunanıstan klubu ilə qarşılaşacaq

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur

Ötən il Azərbaycana gələn pakistanlı turistlərin sayı məlum olub

Sabit internet xidmətləri sorğusunda iştirak edənlərin sayı açıqlanıb

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

Samuxda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Azərbaycan COP17-də təmsil olunub

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib VİDEO

Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb

Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib

San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya

Neymarın komandası Braziliya kuboku ilə vidalaşdı

Cari ilin 8 ayında sığortaolunanların sayı 104 min nəfərdən çox artıb

Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək

Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər aparılacaq

Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq

Xızıda təşkil olunan “Erkən müayinə can qurtarır!” aksiyasında 207 nəfər tibbi müayinədən keçirilib

Azərbaycanlı arxeoloq EAA 2026-da Çovdar nekropoluna dair tədqiqatını təqdim edib

Elçin Əmirbəyov: Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

İstanbul bələdiyyəsinə qarşı yeni əməliyyat: 12 şübhəli saxlanılıb

ABŞ-nin neft ehtiyatları proqnozlardan 10 dəfə çox azalıb

Şəkidəki bir məktəbin 118 məzunu 96 faizlə ölkə rekorduna imza atıb - REPORTAJ  VİDEO

Şəkidəki bir məktəbin 118 məzunu 96 faizlə ölkə rekorduna imza atıb - REPORTAJ VİDEO

Prezident İlham Əliyev öz çıxışı ilə ŞƏT gündəliyinə yeni məzmun gətirdi - RƏY

“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Komitə sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Fransada 500 imza baryeri prezidentliyə namizədləri çətin vəziyyətə salır

Sentyabrın 5-də “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı başlayır

Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib

Qəbələdə güclü sel Laza yolunu dağıdıb: alternativ yoldan istifadə olunur VİDEO

Qəbələdə güclü sel Laza yolunu dağıdıb: alternativ yoldan istifadə olunur VİDEO

“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası nəşr edilib

Azərbaycan nefti 101,96 dollara satılır VİDEO

Azərbaycan nefti 101,96 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Naxçıvandan başlanan, müstəqilliyə və gələcək inkişafa aparan böyük yolun mühüm mərhələsi ŞƏRH

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir

Salyanda zəncirvari qəza olub, yaralılar var

Firəngiz Mütəllimova: Yaşar Nuri xalq tərəfindən çox sevilən sənətkar olub

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Sinqapurda “Kəmər və Yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir

Küveyt Baş Qərargahı: HHM sistemi İranın raket və PUA hücumlarının qarşısını alır

Ekspert: BRICS istehsal həcminə görə G7-ni geridə qoyub

“Saudel” tayfunu yenidən Çinin cənub-şərq sahillərinə çatıb VİDEO

“Saudel” tayfunu yenidən Çinin cənub-şərq sahillərinə çatıb VİDEO

Süni intellektə yatırımlar ucuz smartfon dövrünü sona çatdırır

Tramp: İran neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdıra bilməz

ABŞ ordusu PUA-lara qarşı lazer sistemi üzrə ilk müqaviləni imzalayıb

İspaniyanın Seuta anklavında miqrasiya böhranına etiraz olaraq minlərlə insan küçələrə çıxıb

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirilib

G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər

ABŞ-də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

İsrail Qəzzadan fələstinlilərin əksəriyyətinin köçürülməsinə hazır olduğunu açıqlayıb

Baş nazir: Macarıstan Ukraynanın Aİ-yə tələsik qəbulunu dəstəkləməyəcək

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ olub

Norveç məhkəməsi Rusiya gəmisini Şpitsbergendə həbs edib

ABŞ Prezidenti: Hörmüz boğazı yaxınlığında İranın yeni silahları məhv edilib

“Chevron”, ENI və GE Venesuela ilə milyardlarla dollarlıq sazişlər imzalayıb

“Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə və İstanbul yaxınlığında dronların zərərsizləşdirildiyini açıqlayıb

ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib

Tramp: ABŞ uyğun vaxtda İrana yenidən zərbə endirməyə hazırdır

Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

BMT-nin Baş katibinin sentyabrın sonunda ABŞ Prezidenti ilə görüşü gözlənilir

Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək

Təmir işləri ilə əlaqədar Moskva prospektinin bir hissəsi bağlanacaq

Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

Argentina Folklend adaları ilə bağlı Böyük Britaniyaya yenidən xəbərdarlıq edib

İmişlidə avtomobil yanıb

Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş “Ölümcül Miras” sənədli filminin təqdimatı olub

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ Dövlət katibi: Ukraynaya “Patriot”un lisenziyalarının verilməsi dərhal həll yolu deyil