Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlara mühüm töhfə verir

AZƏRTAC-ın çəkiliş qrupu sülhməramlılarımızın xidmət şəraiti ilə tanışlıq məqsədilə “N” saylı hərbi hissədə olub

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfələrini verir. Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusi qeyd edilməlidir. Hazırda NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlıları plana uyğun olaraq, rotasiya qaydasında üç aydan bir dəyişdirilir.

AZƏRTAC-ın çəkiliş qrupu sülhməramlılarımızın xidmət şəraiti ilə tanışlıq üçün “N” saylı hərbi hissədə olub.

Hərbi hissə ilə tanışlıq nəzarət-buraxılış məntəqəsindən başlayır. Buranın müasirliyi, səliqə-sahmanı diqqəti ilk baxışdan cəlb edir. Əsgər və zabitlərin xidmət aparması, onların istirahəti üçün yaradılan şərait isə öz yerində.

Çəkiliş qrupunu hərbi hissənin yüksək rütbəli zabitləri qarşılayırlar. Qonaq otağında çay süfrəsi arxasında hərbi hissənin yaranma tarixi, missiyası, şəxsi heyətin gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilir.

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyəti

1994-cü il mayın 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. 1996-cı il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının SNT Təqdimat sənədini NATO-nun baş katibinə təqdim edib.

1997-ci ildən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 1999-cu ilin sentyabrından 2008-ci ilin martınadək 34 nəfərlik şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) Kosovoda sülhün yaradılması və dəstəklənməsi əməliyyatlarında (KFOR) iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Taqımın bilavasitə cavabdeh olduğu və növbə apardığı ərazi Brod yaşayış məntəqəsi olub.

Bu müddət ərzində Kosovoda 362 hərbi qulluqçu iştirak edib. Onlardan 345-i əsgər, 7-si gizir, 10-u isə zabit olub. 2008-ci ilin aprelində Kosovonun müstəqilliyinin təktərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-cü il avqustun 15-dən 2008-ci dekabrın 7-dək 151 nəfərlik şəxsi heyətlə (120 əsgər, 16 gizir, 15 zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığının tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirib. Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci il dekabrın 7-də bölük tam heyətlə İraqdan geri qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı taqımı 2002-ci il noyabrın 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyətə başlayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2008-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin tərkibinin iki dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 2009-cu il 19 fevral tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda ISAF-ın əməliyyatlarında Türkiyə taborunun tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabildə televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirirdi. 2010-cu il oktyabrın 5-də Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF əməliyyatlarına sülhməramlılarımızın töhfəsinin artırılması məqsədilə iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti göndərib.

2015-ci ilin yanvarından NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrimizin 94 nəfərlik kontingenti altı aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingenti Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının (HİKA) mühafizəsi tapşırığını yerinə yetirir.

Xidmətin fərqliliyi

Sülhməramlılarda xidmət digər qoşun növlərindəkindən bir neçə xüsusiyyətinə görə fərqlənir. Burada xidmətin fərqliliyi ondan ibarətdir ki, hərbi hissə müxtəlif bölmələrdən ibarətdir və hər bölmənin də özünə görə spesifik təyinatları var. Burada sülhməramlı bölmə çox mühüm tapşırıqlar yerinə yetirir. Hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrini xaricdə təmsil etmək üçün sülhməramlı qüvvələr göndərilir. Hərbi hissə bu baxımdan demək olar ki, bütün digər hərbi hissələrdən fərqlənir. Hazırda Azərbaycanın sülhməramlıları Əfqanıstan İslam Respublikasında missiyanı uğurla yerinə yetirirlər.

Azərbaycan sülməramlılarının nümunəvi xidməti və peşəkarlığı barədə NATO-un baş katibi, Əfqanıstanda xidmət aparan ölkələrin dövlət başçıları, yüksək rütbəli zabitləri Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlıqlarını bildiriblər.

Hərbi hissədə sülhməramlı əməliyyatlara hazırlıq isə belədir: Əsgərlər xidmətə qəbuldan sonra onların hər birinin sağlamlığı, psixoloji vəziyyəti yoxlanılır, dərin tibbi müayinədən keçirilir. Onlar altı ay müddətində xüsusi hazırlıqdan keçirlər. Digər yoxlamalardan sonra əməliyyatlara göndərmək üçün könüllülük prinsipi əsasında kontingent formalaşdırılır.

Sülhməramlılarda xidmətin üstünlükləri

Sülhməramlılarda xidmətin ən mühüm üstünlüyü Azərbaycanı xaricdə təmsil etməkdir. Bundan başqa, sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyət üçün dövlətimiz tərəfindən müvafiq imtiyazlar tətbiq olunur. Yəni, istər xidmətdə olduğu vaxt, istərsə də hərbi xidmətdən tərxis olunub mülki həyata qayıtdıqdan sonra da həmin şəxslər üçün imtiyazlar nəzərdə tutulub.

Hərbi hissənin zabiti, mayor Sübhan Şairov deyib ki, hazırda Əfqanıstanda xidmət edən Azərbaycanın sülhməramlı qüvvələr bölüyü Kabul beynəlxalq hava limanının təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, hava limanının ərazisində, eyni zamanda, NATO-ya aid baza yerləşir. O baza ki, 52 ölkədən 5 minə qədər şəxsi heyət həmin dislokasiya məntəqəsində gündəlik fəaliyyətlə məşğul olur, xidmətlər aparır. Bölüyün şəxsi heyəti bazanın giriş qapısında buraya daxil olan şəxsi heyətin və avtomobillərin gündəlik yoxlanılmasını, təhlükəsizliyi təmin edir. Burada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 52 ölkədən olan 5 minədək hərbçi arasında özünəxas xüsusiyyəti, mentaliteti ilə fərqlənir, peşəkarlığı ilə seçilir və ölkəmizi nümunəvi şəkildə təmsil edir.

S.Şairov yerli əhalinin Azərbaycanlı sülhməramlıları ilə münasibətindən danışarkən bildirib ki, ünsiyyətdə də hər hansı problem yaşanmır. Çünki əfqan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi bağlar çox sıxdır və geniş tanınır, insanlarımız eyni dinə etiqad edirlər. Ona görə də bu baxımdan yerli əhali ilə hərbçilərimiz arasında hər hansı problem yaşanmır.

Qidalanma

“N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı burada əsgərlər üçün xörəklərin və çörəyin hazırlanması, həmçinin son dövrlərdə şəxsi heyətin qida rasionuna edilən əlavələr barədə də məlumat verilib. Hərbi hissənin yeməkxanasında aşpazların və digər işçilərin mülki şəxslərlə əvəz olunması hazırlanan xörəklərin və görülən işlərin keyfiyyətinə müsbət təsir göstərib. Hərbi hissənin yeməkxanası mətbəx avadanlığı, o cümlədən ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib. Yeməkxanada keyfiyyətli milli xörəklərin bişirilməsinə diqqət daha da artırılıb. Diqqət çəkən məqamlardan biri də buradakı çörək sexi olub. Bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə tələbatını tam ödəməyə imkan verir.

Aşpaz hazırlığı üzrə təlimatçı müəllim Adışirin Həsənov bildirib ki, hər əsgərə 200 qram çörək verilir. Hər gün mərkəzləşdirilmiş qaydada bazadan un alırıq və burada çörək və bulkalar bişiririk. Hər bir əsgər üçün gündəlik 200 qramlıq çörək, 100 qramlıq cemli və kartoflu bulkalar hazırlanır. Hər əsgərə səhər yeməyində 100 qram çörək və 100 qram cemli bulka verilir. Axşamlar isə çörəklə bərabər, həftədə 3-4 dəfə kartoflu bulka verilir. Hərbi hissədə milli mətbəximizə aid bütün xörəklər hazırlanır.

Nahar yeməyində plova üstünlük verilir. Əsgərin menyusunda sulu xörəklərdən ətli borş, küftə, düyü şorbası, quru yeməklərdən plov, dolma, kotlet, küftə, lülə kabab, toyuq ətinin qızartması, sous, müxtəlif salatlar, digər milli yeməklər, meyvə şirəsi və s. daxildir. Xörəkləri mülki qadınlar hazırlayırlar.

Onu da qeyd edək ki, şəxsi heyətə verilən xörəklər əvvəlki dövrlərlə müqayisədə çox dəyişib. Qidalanma səviyyəsi yüksəlib.

AZƏRTAC-ın çəkiliş qrupu günün menyusu ilə tanış olub. Səhər yeməyinə kolbasalı yumurta ilə bulqur süzməsi, çörək, kərə yağı, cem, şirin çay, şirin çörək daxildir. Nahar yeməyi isə tərəvəz salatı, kompot, çörək, dovğa, meyvə şirəsi, alma, rizə küftə, küftə-bozbaş, toyuq qızartması, lülə, toyuq çığırtması, kələm dolmasından ibarətdir. Şam yeməyində isə kartof qızartması ilə balıq konservi, çörək, kərə yağı, pendir, şirin çay təqdim olunur. Yeri gəlmişkən, xörəklərin hazırlandığı yerin təmizliyi, səliqəliliyi də diqqəti cəlb edir. Əsgərlərlə söhbətimiz zamanı öyrənirik ki, heç kim qidalanmadan narazı qalmır.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Teyfur Rüstəmov bildirib ki, yüksək keyfiyyətlə inşa olunan yataqxanalarda əsgər və zabitlərin qalması, istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yataqxanalarda, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var. Hərbi hissənin qazanxana, camaşırxana və hamam kompleksi də ən müasir səviyyədədir. T.Rüstəmov sülhməramlılarımızın xidmətə hazırlığı, tədrisi, təlimi ilə bağlı ətraflı məlumat verib.

Burada diqqətimizi çəkən daha bir məqam isə Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının buraxılış məntəqəsinin maketi oldu. Maketin olduğu ərazidə sülhməramlı kontingent altı ay müddətində hazırlanır və sonra əməliyyatlara göndərilir.

Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin yaxşılaşdırılması, onların hərbin sirlərinə dərindən yiyələnmələri istiqamətində mühüm tədbirlər görülür.

Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin edən hərbi qulluqçularımızın nümunəvi xidməti və peşəkarlığı daim yüksək qiymətləndirilir.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olduqdan sonra məşğələ otaqlarına baş çəkdik, silahlanmadakı döyüş vasitələri ilə tanış olduq, şəxsi heyətin məşqlərini izlədik.

Fəxri qarovul bölüyü də nəzərimizdən qaçmadı. Bu bölükdə Müdafiə Nazirliyinə gələn rəsmi qonaqların qarşılanması üçün üç qoşun növündə taqımlar fəaliyyət göstərir.

Ümumiyyətlə, hərbi hissədə olduğumuz müddətində müşahidə etdik ki, Azərbaycan sülhməramlılarının ən yüksək tələblər səviyyəsində hazırlanması üçün burada hər cür şərait yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin nümunəvi xidməti məhz bu yüksək şəraitin və hazırlıq prosesinin peşəkarlıqla təşkil edilməsinin məntiqi nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO