İDMAN


Azərbaycan idmançısı Zaqrebdə keçirilən cüdo üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı, 28 iyul, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 326 kişi və 182 qadın olmaqla, ümumilikdə, 508 cüdoçunun qüvvəsini sınadığı yarışda Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.