CƏMİYYƏT


Azərbaycan və Türkiyə hər zaman bir-birini dəstəkləyib və dəstəkləyəcək

Ankara, 21 noyabr, AZƏRTAC

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Ankaranın Kızılcahamam rayon bələdiyyəsinin sədri Süleyman Acar və Keçiörən rayon bələdiyyəsinin sədri Turgun Altınok ilə görüşüb. Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları görüşdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə İctimai Birliyin fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, Keçiörəndə Xocalı parkının və abidəsinin, Kızılcahamamda Xocalı soyqırımı muzeyinin açılması Türkiyə dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsi ilə sərgilədiyi ədalətli mövqenin göstəricisidir. Görüşdə təcavüzkar Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisindəki acınacaqlı vəziyyət barədə bələdiyyə sədlərinə məlumat verilib.

Bələdiyyə sədrləri bildiriblər ki, Türkiyə bundan sonra da bütün məsələlərdə Azərbaycana dəstək verməkdə davam edəcək. Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün milli problemi hesab edir.

Tərəflər vurğulayıblar ki, tarixi köklərlə bağlı olan Azərbaycan və Türkiyə əbədiyyətə qədər bütün məsələlərdə bir-birinin yanında olacaqlar.

Səfər çərçivəsində nümayəndə heyəti sözügedən parkda və muzeydə olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.