Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakılı məktəblilər muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar

Naxçıvan, 26 mart, Tural Kəngərli, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 26-da Kəngərli rayonunun Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksində olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, burada şagirdlərə kompleks haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiqləyir. Kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

Şagirdlər Naxçıvan şəhərində yerləşən tarixi mədəniyyət abidələri ilə də yaxından tanış olublar.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlar sırasındadır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub.

Tur-aksiya iştirakçıları kompleksdə təşkil olunan konsert proqramını maraqla izləyib, milli musiqi sədaları altında rəqs ediblər. Sonra məktəblilər Nuh peyğəmbərin türbəsini ziyarət edib, bu abidə haqqında ətraflı məlumat alıblar.

Naxçıvan Biznes Mərkəzinə gələn məktəblilərə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, bu gün 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.

Görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.

Gənclər Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov və təhsil naziri Rəhman Məmmədov çıxış ediblər.

Novruz bayramı münasibətilə tur-aksiya iştirakçılarını təbrik edən natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.

Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.

Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış Hüseyn Cavid məqbərəsinə gələn şagirdlərə məlumat verilib ki, bu möhtəşəm memarlıq-xatirə kompleksi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən məqbərə üst və aşağı-sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulub. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı, Xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Respublikasının “Star” inşaat şirkəti tərəfindən tikilib. Abidənin açılışı Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olub.

Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da bakılı məktəblilərdə böyük marağa səbəb olub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.

Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.

Martın 26-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.

Həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərində olan Naxçıvanlı məktəblilər muxtar respublikaya qayıdıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kiprdə 3 günlük milli matəm elan edilib

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb

Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

Hörmüz boğazında Britaniya tankerinə hücum olub

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

İslandiya Aİ-yə üzvlük danışıqlarının bərpasını rədd edib

Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur

Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub

Premyer Liqa: "Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub edib

Bu saata olan əsas xəbərlər

Macarıstanda quruyan gölün dibindən yüzlərlə köhnə təkər aşkar edilib

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti mərhələsi Lerikdə təşkil olunub

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib