MƏDƏNİYYƏT
İRAN KİNOSUNDA QADIN MÖVZUSU
Filmdə Nigar adlı iranlı qadının həyatından bəhs edilir. Səidlə ailə qurmağa hazırlaşan Nigar xəbər tutur ki, onun gələcək ərinin mənəvi öhdəlikləri var. O, əqli cəhətdən zəif qardaşına qəyyumluq etməlidir. Nigar mənəvi dilemma qarşısında qalır: ya bu ağır yükü öz üzərinə götürməklə ailəsini üçüncü şəxslə bölüşməli, ya da Səidlə nikah bağlamaqdan imtina etməli.
Puran Derəxşəndənin sözlərinə görə, 90-cı illərin əvvəlindən bəri İran kinosunda yeni dövr başlanmışdır. Bu dövrdə qadın rejissorlar kino yaradıcılığı sahəsində daha çox fəallaşmış və nəticədə iranlı qadının dolğun obrazı dünyaya təqdim edilmişdir. Puran Derəxşəndə də öz yaradıcılığında qadın hüquqlarını təbliğ edir. Onun fikrincə, indi qadın ailədə və cəmiyyətdə öz yerini tapmışdır və özünü inkişaf etdirmək və kamilləşdirmək istiqamətində irəliləyir. Belə qadın bəsit düşüncəli, iradəsiz insan deyildir. O, həyat yoldaşı kimi, ana kimi və ən başlıcası - insan kimi özünü kamilləşdirməyə çalışır və həyatdan tam zövq alır.
Filmdə aktyorlardan Şəhab Hüseyni, Elham Həmidi, Hadi Mərzban, Aqu Heradmənd, Pante Bəhram, Mehdi Məyami, Əli Əhmədi çəkilmişdir.
Xatırladaq ki, “Əbədi uşaqlar” filmi 37-ci “ROSHD” Beynəlxalq Kinofestivalında (2007) “Gigiyena, təhlükəsizlik, sağlamlıq” nominasiyasında ən yaxşı film kimi əsas mükafata, altı “Qızıl kəpənək” mükafatına (ən yaxşı bədii film kimi, ən yaxşı rejissor işinə, Əli Əhmədifarın aktyor debütünə görə, aktyor ansamblı, art-dizayn, texniki təchizat nominasiyalarında) və başqa mükafatlara layiq görülmüşdür.
######