CƏMİYYƏT


İvetta Maseykova: Azərbaycan və Slovakiyanın Konstitusiya məhkəmələri arasında məhsuldar əməkdaşlıq yaranıb VİDEO

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə Bakıda keçirilən “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfransa dəvəti böyük məmnuniyyət və sevinclə qəbul etdim. Həqiqətən, iyirmi il böyük tarixdir. Bu müddətdə bizimlə Azərbaycan arasında çox sıx əməkdaşlıq olub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Slovakiya Respublikasının Konstitusiya Məhkəməsi arasında möhkəm ikitərəfli münasibətlər və məhsuldar əməkdaşlıq yaranıb.

Bunu AZƏRTAC-a müsahibəsində Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri İvetta Maseykova deyib.

Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri beynəlxalq konfransın ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, Azərbaycan Konstitusiya Məhkəməsinə fəaliyyətində böyük uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, iki ölkənin Konstitusiya məhkəmələri arasında əməkdaşlıq gələcəkdə də inkişaf edəcək.

Bakıya ikinci dəfə səfər etdiyini bildirən İvetta Maseykova deyib ki, paytaxtımıza ilk dəfə yeddi il əvvəl Azərbaycan Konstitusiya Məhkəməsinin dəvəti ilə gəlib. “Mən Azərbaycana, Bakıya böyük məmnuniyyətlə gəlirəm. Şəhəriniz heyrətamizdir, ölkəniz çox gözəldir. Həm Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri, həm də sadəcə turist kimi ölkənizi hər zaman məmnunluq hissi ilə ziyarət edəcəyəm. Sağ ol, Azərbaycan, sağ ol Bakı!”, -deyə İvetta Maseykova sözlərinə yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.