QAN YADDAŞI


Londonda Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyasına başlanılıb

Bakı, 25 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən “Natəvan qrupu”nun rəhbəri Səbinə Quliyevanın təşkilatçılığı ilə London şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məlumatlandırma aksiyasına başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı Xocalı soyqırımına dair həqiqətləri əks etdirən elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edəcək. Elektron lövhədə "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub. Lövhədə olan fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", "63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib" və sair məlumatlarla müşayiət olunur.

London vaxtı ilə saat 10.00-dan 18.00-dək davam edəcək avtoyürüş şəhərin mərkəzi küçə və meydanlarını əhatə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.