MTRŞ: Azərbaycanın televiziya kanalları HD formatda yayıma başlayacaq
Bakı, 25 yanvar, AZƏRTAC
"Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən yüksək dəqiqlikli (HD) formatda yayıma keçəcək.
AZƏRTAC Milli Televiziya və Radio Şurasının (MTRŞ) saytına istinadla xəbər verir ki, format dəyişikliyi "Azərkosmos", Milli Televiziya və Radio Şurası, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Bildirilib ki, yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək. HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Qeyd edək ki, yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq. Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.
https://ntrc.gov.az/storage/524/HD-yayima-kecid-ucun-telimat.pdf
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [09:34]
Mayın 21-i Beynəlxalq Çay Günüdür
- 21.05.2026 [08:49]
Azərbaycanın mina problemi Kolumbiya mediasının diqqət mərkəzində
- 21.05.2026 [08:44]
Xəzər dənizində zəlzələ olub
- 21.05.2026 [08:29]
Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Xəzər dənizində zəlzələ olub
- [08:44]
Ərdoğan Trampla telefon danışığı aparıb
- 20.05.2026 [23:36]
ABŞ Prezidenti: İranla vəziyyət tam sərhəddədir
- 20.05.2026 [23:23]
Tramp İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib
- 20.05.2026 [23:11]
WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub
- 20.05.2026 [21:59]
OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi
- 20.05.2026 [21:52]
WUF13-ün dördüncü günündən maraqlı anlar - FOTOREPORTAJ
- 20.05.2026 [21:31]
Xəzər dənizində zəlzələ olub
- 20.05.2026 [21:13]
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
- 20.05.2026 [20:45]
Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşüb
- 20.05.2026 [20:36]
Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub
- 20.05.2026 [20:17]
İş adamı: Nigeriyada da mütləq WUF kimi tədbirlər təşkil edilməlidir
- 20.05.2026 [20:07]
Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib
- 20.05.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 20.05.2026 [20:00]
“Baku Book Center”də “Möcüzə adlı övladım” kitabı təqdim olunub
- 20.05.2026 [19:29]
Praqada azərbaycanlı rəssamın qalereyası açılıb
- 20.05.2026 [19:25]