Misirdə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb
Bakı, 13 yanvar, AZƏRTAC
Misirin Nümayəndələr Palatası prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə imzaladığı fərmanı təsdiq edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.
Fərmanda bildirilir ki, ölkənin silahlı qüvvələri və polis təhlükəsizliyi təmin etməli, dövlət və özəl mülkləri qorumalı və terrorizmlə mübarizədə lazımi tədbirlər görməlidir.
Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət 2017-ci ilin aprelində Tanta və Aleksandriya şəhərlərindəki xristian kilsələrində terror aktları baş verəndən sonra elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [22:21]
Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır
- 03.09.2026 [22:11]
Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır
- 03.09.2026 [21:29]
ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb
- 03.09.2026 [19:15]
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 03.09.2026 [19:04]