MƏDƏNİYYƏT


On milyonuncu sakinin doğulması münasibətilə Sabunçuda konsert təşkil olunub

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində “Biz artıq 10 milyonluq ölkəyik” devizi ilə konsert proqramı təşkil edilib.

Sabunçu Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, konsertdə tanınmış incəsənət ustalarının, musiqi məktəblərinin və rəqs kollektivlərinin bir-birindən maraqlı ifaları səslənib. Konserti rayon ictimaiyyətinin üç minə yaxın nümayəndəsi izləyib.

Xatırladaq ki, keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar ilə Həsənov Raufun ailəsində aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.