Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu qələbənin əhəmiyyətini vurğulayan Prezident İlham ƏLİYEV dedi:

-Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər.

Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir. Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.

Bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına - Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm.

İctimaiyyətin diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. O da odur ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.

Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini “Azərkosmos” öz üzərinə götürəcəkdir. Beləliklə, biz növbəti böyük uğura imza atdıq. İndi Konqres zamanı aparılan müzakirələr və gedən proseslər haqqında məlumat verin.

x x x

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad NƏBİYEV dedi:

- Cənab Prezident, verdiyiniz yüksək dəyərə və qiymətə görə çox sağ olun. Əvvəlcə bir məqamı qeyd etmək istərdim ki, Konqresin Bakıda keçirilməsi ilə bağlı verilmiş qərar təbii ki, ölkəmizdə mövcud olan siyasi və iqtisadi sabitliklə bağlıdır. Nəyə görə? Çünki ölkələrin götürdüyü öhdəliklərin 3 ildən sonra yerinə yetirilməsi əsas şərtlərdən biri idi. Digər tərəfdən, ölkəmizdə yaradılmış infrastrukturun xüsusi rolu, önəmi olmuşdur. Bizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər yaxşı infrastruktur vardır. Digər bir məqam isə, cənab Prezident, ölkəmizdə bu səpkidə tədbirlərin keçirilməsi ənənəsinin mövcudluğudur. Bunların hamısından da ən vacibi, cənab Prezident, Sizin şəxsən Azərbaycan insanına və onun inkişafına verdiyiniz önəmdir. Çünki kosmik sənayenin özünü uğurlu edən əsas meyarlardan biri insan amilidir. Son illərdə Azərbaycanda təhsilə göstərilən diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə kifayət qədər bacarıqlı, texniki bilikləri və vərdişləri olan yeni bir nəsil formalaşmaqdadır. Ən önəmli məsələ isə odur ki, onlar öz Vətənini, xalqını sevən bir nəsildir.

Cənab Prezident, seçki prosesinə gəldikdə isə bir məqamı vurğulamaq istərdim ki, Sizin tapşırığınızla “Azərkosmos”la yanaşı, ölkəmizdə aidiyyəti qurumların hər biri koordinasiyalı şəkildə öz səylərini bir araya qoyaraq bu nəticəni əldə edə bilmişlər.

Altmış səkkiz ölkədən 398 üzvü birləşdirən bu Federasiya dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Bu tədbir istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə ən mötəbər tədbirlərdən biridir.

Rəqiblərimiz Siz vurğuladığınız kimi, Sinqapur, Rio-de-Janeyro və Dehli idi. Əgər biz Hindistana baxmış olsaq, onlar dünyanın ən aparıcı kosmik ölkələrindəın biridir. Braziliyanın timsalında astronavtikaya baxmış olsaq, onlar dünyada sərnişin təyyarələri istehsal edən üç ən öndə gedən ölkədən biridir. Sinqapur isə istər coğrafi mövqeyinə, istərsə də bu səpkidə tədbirlərin keçirilməsinə görə dünyanın ən lider ölkələrindən biridir.

Cənab Prezident, bu tədbirə maraq oyadan digər məqamlardan biri də ondan ibarətdir ki, son illərdə bu sahəyə özəl sektorun marağı durmadan artmaqdadır. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos da məlum olduğu kimi, burada əsas çıxışçılardan biri idi. Ötən illərdə əsas çıxışçılardan biri “SpaceX” şirkətinin yaradıcısı Elon Mask olub. Yəni, bu, onu göstərir ki, kosmik sənaye yalnız dövlətlərin marağında deyil, artıq özünün cəzbediciliyi baxımından özəl sektorun da marağını cəlb edir.

Uğur qazanmağımızın ən əsas səbəblərindən biri ondan ibarət olmuşdur ki, 1973-cü ildə Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. “Kaspi” Tədqiqat Mərkəzi yaradılmaqla Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan “Salyut” və “Soyuz” kimi peyklərdə istifadə olunmuşdur.

x x x

Prezident İlham ƏLİYEV dedi: Bəli, bu, çox böyük hadisədir. Bir daha demək istəyirəm ki, biz bu hüququ çox gərgin mübarizədə əldə etmişik. Bu, bizim ölkəmizin növbəti böyük qələbəsidir. Əminəm ki, Konqres Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək, minlərlə xarici qonaq ölkəmizə səfər edəcək, o qonaqlar ki, onlar bu gün dünyanın texnoloji gündəliyini müəyyən edir. Əlbəttə ki, bu, həm bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir və bununla bərabər böyük fürsətdir. Yəni, biz bu Konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməliyik. O mənada ki, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.

Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim gündəliyimizin əsas məsələlərindən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Siz də qeyd etdiyiniz kimi, hazırda artıq böyük biznes də bu sahəyə çox böyük maraq göstərir. Əslində inkişaf etmiş ölkələrdə müasir texnologiyalar, o cümlədən astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Biz elə etməliyik ki, dünyanın aparıcı biznes strukturlarından hansıların rəhbərləri Azərbaycanda keçiriləcək Konqresdə iştirak edəcək, onlar bu tədbirə qədər ölkəmiz haqqında geniş məlumata malik olsunlar. Ona görə növbəti 2-3 il ərzində sizin və digər aidiyyəti qurumların rəhbərləri gərək bu şirkətlərlə sıx təmaslar qursunlar. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, buraya gələcək qonaqlar artıq bizimlə müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar. Ona görə Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, Konqres ən yüksək səviyyədə keçirilsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub YENİLƏNİB

BDU tələbələri Türkiyənin təqaüd proqramları barədə məlumatlandırılıb

® “Qırmızı Ürəklər Fondu”nun ekoloji təşəbbüsü davam edir: 100 kiloqram batareya toplanıb

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNƏCƏK

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Selim Güven: Xəzər dənizində qurulacaq KES əraziləri ilə bağlı sazişin imzalanması gözlənilir

Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib

Azərbaycanlı UEFA nümayəndəsi Avropa Liqasının oyununa təyinat alıb

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNƏCƏK

ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb

Agentlik direktoru: Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritetdir

Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır

Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb

İndoneziya Nümayəndələr Palatasının sədri: Ölkələrimiz sülhpərvər dəyərlərə malikdirlər

Nəsimi rayonunda hərbi sursat aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən biblioqrafik göstərici çapdan çıxıb

Temperatur 7-10 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müzakirə olunub

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub YENİLƏNİB

Belarusun nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

“ACWA Power”: Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Son 6 ildə bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb

Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsi başlayıb

Viktor Orban suverenliyin birinci dərəcəli əhəmiyyətini vurğulayıb

Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib

Ağıllı suvarma texnologiyasının yaradılması - seminar

Ankara NATO-nun regional və qlobal strategiyasına bundan sonra da töhfə verməyə hazırdır

Yaponiya nüvə silahının qadağan olunması ilə bağlı BMT-nin keçirəcəyi iclasda iştirak etməyəcək

“Tesla” Hindistanda əməkdaş axtarışına başlayıb

Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib YENİLƏNİB

Çingiz Hüseynzadə: Olimpiya mükafatçılarımızın medalları yenilənəcək

Ər-Riyadda Rusiya-ABŞ danışıqları aparılır

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNƏCƏK

Baş nazir Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda dənizin dayazlaşması problemindən, nəqliyyat dəhlizlərindən danışıb

Təbabət zamanla ayaqlaşır və yeni kəşflər ondan yan keçmir

Moldova bundan sonra MDB-yə üzvlük haqqı ödəməyəcək

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əhaliyə və aptek təşkilatlarına müraciət edib

Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri: Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB

Milli Olimpiya Komitəsinin növbəti 4 il üçün əsas planları açıqlanıb VİDEO

Ötən ay 8,2 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik ödəniş edilib

FHN Lənkəranda təlim keçirib

“Qarabağın turizm-rekreasiya potensialı” kitabı nəşr edilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Bəhreyndə İslam Dialoqu Konfransında iştirak edəcək

Dövlət Yanğın Nəzarəti Xidməti qeyri-yaşayış obyektlərində monitorinqlər keçirib

BDU-nun jurnalı EBSCO beynəlxalq məlumat bazasına daxil edilib

“Eucalyptus camaldulensis” növündən alınan yağın sənayedə tətbiqi TƏDQİQAT

“Şahdəniz”də pilotsuz kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarının bu il qəbul edilməsi gözlənilir

Bakıda “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri seçilib

Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb

Ötən ay bərpaolunan enerji mənbələrindən elektrik istehsalı 100 milyon kilovat-saata yaxın olub

Sabah ölkə ərazisində yağış və qar yağacaq – Proqnoz

Mayk Tayson Parkinson xəstəliyinə tutulub

Bu gün İsrailin şimal bölgələrində yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək

Media: Parisdəki Aİ sammitindən kənarda qalan Çexiya, Rumıniya və Sloveniya buna etiraz ediblər

Bugünkü hərracda tələb 44,7 milyon dollar təşkil edib

Gəncədə "Cerebry" layihəsi çərçivəsində təlimlərə start verilib

Poçt göndərişlərini ünvana çatdırmaqdan imtina edən operatorlara xəbərdarlıq edilib

Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki baş məclisi keçirilib – YENİLƏNİB VİDEO

İlbər Ortaylı: Mərhum dövlət xadimi Heydər Əliyev Türk dünyası üçün unudulmaz liderdir

FHN rəsmisi: Yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməlidir

Böyük Qayıdışa dair I Dövlət Proqramının 2024-cü il üzrə icrasının monitorinqi başa çatıb

Məşhur futbolçunun evi qarət olunub

Yanvarda qeyri-neft-qaz sektorundan daxilolmalar 11,6 faiz artıb

Zelenski: Ukrayna Rusiya ilə ABŞ arasında danışıqların nəticələrini tanımır

Şirvan suvarma kanalı yenidən qurulduqdan sonra 10 rayonun suvarma və içməli su ilə təminatı yaxşılaşacaq

Ombudsman: Xocalı soyqırımı insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir

Ötən ay istehlakçılara 17 milyon manatdan çox ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib YENİLƏNİB

® “Caspian Energy Club” üzvləri “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus Logistika Mərkəzində olublar

BMT: Sudanda aclıq fəlakəti ilə mübarizə üçün 6 milyard dollar lazımdır

İndoneziyada Levotobi vulkanında üç dəfə püskürmə qeydə alınıb

Urxan Ələkbərov: Yeni idarəetmə texnologiyaları sayəsində inklüziv cəmiyyətin formalaşdırılması sahəsində ciddi nəticələr qazanılıb

“İnanıram ki, o yerlərə qayıdacağıq...”

AMB və Qətər Mərkəzi Bankı arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib

“Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformasından ilk qazın hasil olunacağı tarix açıqlanıb

Avropa İttifaqı Ukraynaya dəstək üçün yeni fond yaratmaq istəyir

Daşkənddə keçirilən konqresin iştirakçıları Muncuqlutəpə nekropolisinin metal əşyaları barədə məlumatlandırılıb

Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 44 faizə düşüb

AÇG-nin “Mərkəzi Azəri” platformasından 1,1 milyard barel neft hasil olunub

İssık-Kulda qış festivalı keçirilib

Rusiya qazının “Türk axını” ilə Avropaya nəqlinin həcmi rekord səviyyəyə çatıb

Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 109,6 faiz icra edilib

Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılıb

Sumqayıtda ümumi məhsul buraxılışı 1,1 faiz artıb

Əlilliyi olan şəxslər 11,3 min reabilitasiya vasitəsi ilə təmin edilib

Prezident İlham Əliyev: Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Adama Barrouya

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BANM-də “Hult Prize On Campus” mərhələsi keçirilib

Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirəcək

Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq müdafiə sərgisi keçirilir

Azərbaycan neftinin qiyməti artıb

Arxeoloqlar elmə məlum olmayan heyvan növünün qalıqlarını tapıblar

DİN: Ötən gün 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

“The Caspian House” - Xəzər Evi təqdim olunub

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq