Qılıncoynadanlarımız Bakıda keçirilən moda sərgisində iştirak ediblər
Bakı, 5 noyabr, AZƏRTAC
Qılıncoynatma üzrə milli komandamızın üzvləri Muzey Mərkəzində keçirilən moda sərgisində iştirak ediblər.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Azerbaijan Fashion Week”də əcnəbi modelyer-dizaynerlərin yeni kolleksiyası nümayiş olunub. Yeni kolleksiyada qılıncoynatmanın elementlərini özündə əks etdirən geyimlər də yer alıb.