İDMAN


Qran-Pri turnirində iki güləşçimiz medal qazanıb

Bakı, 9 avqust, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün güləşçilərimiz yarışda daha iki medal qazanıblar. İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.

Qeyd edək ki, bununla da Qran-Pri turnirində Azərbaycan güləşçilərinin medallarının sayı 8-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.