MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında Anım Günü münasibətilə tədbir təşkil edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə tədbir təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Tamella Məmmədova, Səadət Şəfiyeva, Günay Həsənova və başqaları çıxış etdilər.

Kitabxananın direktoru Aslan Cəfərov çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks- hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsinin müasir dövlətçilik tariximizin ən qürurlu və fəxarətli günləri olduğunu söyləyib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən hərbi əməliyyatlarda Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan xalqımızın əzm və iradə, birlik və həmrəyliyi sayəsində düşmənə sarsıdıcı zərbələr endirildiyini və bununla da, tariximizə yeni bir səhifənin yazıldığını, şəhidlərimizin qisasının alındığını vurğulanıb. Vətən müharibəsində şanlı Ordumuzun 2907 nəfər əsgər və zabitin şəhid olduğunu, min nəfərdən artıq hərbi qulluqçunun qazi adını qazandığını söyləyib. O, şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsinin daim diqqətdə və qəlblərdə yaşayacağını bildirib.

Tədbirdə kitabxananın əməkdaşları tərəfindən hazırlanan, Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr edilmiş videomateriala, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” adlı metodiki vəsaitə, “Sənə qələbə yaraşır Azərbaycan əsgəri” adlı virtual və “27 sentyabr – zəfərə gedən yol” adlı ənənəvi sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.