Səlcuq Universitetinin professoru Bakı Dövlət Universitetində
Bakı, 30 yanvar, AZƏRTAC
Türkiyənin Səlcuq Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Bünyamin Ayhan Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin qonağı olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyevin və müəllimlərin iştirak etdikləri görüşdə qardaş ölkənin ali məktəbi ilə əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi haqqında ətraflı müzakirələr aparılıb. Qonağa fakültədəki infrastruktur, təhsil-tədris sistemi barədə məlumat verilib.
Görüşdə əməkdaşlığın bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Sonra qonaq fakültənin elmi-tədqiqat laboratoriyaları, “Barama Media Center”, “Füyuzat” otağı, tədris-teleradio studiyası ilə yaxından tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]
Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir
- 28.09.2026 [16:56]