Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Ermənistanın son təxribatları göstərir ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması zəruridir

XİN: Ermənistanın son təxribatları göstərir ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması zəruridir

Bakı, 25 mart, AZƏRTAC

Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin müvafiq nəzarət tədbirləri həyata keçirməsi ilə bağlı açıqlama yayıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, martın 25-də Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.

Məlum olduğu kimi, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bununla yanaşı, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə martın 20-də Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.

Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları, həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə Ermənistan Prezidenti, baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bariz nümunəsidir.

Vurğulanıb ki, Ermənistan tərəfinin bu addımları son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.

“Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”, - deyə açıqlamada qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qahirədə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib

Akademik Zərifə Əliyeva Azərbaycanda elmi yeniliklərlə yanaşı, dostluq məktəbinin də əsasını qoyub

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

® “Expressbank” ABA-nın ağacəkmə aksiyasında iştirak edib

Sabah Xocasən qəsəbəsində oftalmoloji aksiya keçiriləcək

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır – məqalə

Prokurorluq əməkdaşları Çin Xalq Respublikasında təlimdə olublar

Azərbaycan nümayəndə heyəti İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olunub: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi

Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Yaponiyanın ən yaşlı sakini 115 yaşında vəfat edib

BMT-nin rezident-əlaqələndiricisi: Bakıda keçirilən forumda iştirak etməkdən böyük şərəf duyuram

Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər

Premyer Liqaya yüksələn klubun rəsmisi: Dəstək olsa, əsas komanda ilə yanaşı, akademiya barədə də planlar quracağıq

Qərbi azərbaycanlıların məskunlaşdığı Bəyimsarov kəndinin sakinləri tibbi müayinədən keçiblər

® “Ziraat Bank” Azərbaycan ekoloji təşəbbüsə dəstək verib

Məhkəmədə Ermənistan generalının etirafı nümayiş etdirilib: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər

Məhkəmədə Ermənistan siyasi-hərbi rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiq edən sübutlar tədqiq olunub

İranın Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

Vuk-Cin Çanq: Qlobal Cənubun səsi daha çox eşidilməli, forumlar real addımlar üçün platforma olmalıdır

Serdar Ünsal: Metsamor AES regionun milyonlarla sakini üçün təhlükə mənbəyidir

İdarə rəisi: Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndəriləcək

AZƏRTAC müsabiqələrin qalibi olub

Ajaj Rahaf: Qadınların bərpaolunan enerji sahədəki rolunun daha da güclənməsini istəyirik

"Marneuli Open 2025" şahmat turnirinə yekun vurulub

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub

Fernandez Puyana: Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır

Uşaqların I sinfə qəbulu prosesi başlayır

Professor: Azərbaycan və Çin arasındakı dostluq əlaqələri daha da güclənəcək

ANAMA-nın əməkdaşı minaya düşüb

Naxçıvanda yerləşən 38 istixanada monitorinqlər aparılıb

Türkiyənin pilotsuz qırıcısı “Kızılelma” ilk uçuşunu Şimali Kiprə edəcək

Şağanda drenaj xətti çəkilir, Binə qəsəbəsində küçələr sudan təmizlənir

MEK akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilən sərgi hazırlayıb

“Zirə” braziliyalı futbolçu ilə yeni müqavilə imzalayıb

Nigar Arpadarai: Azərbaycan COP29 çərçivəsində ədalətli mövqeyini nümayiş etdirib

Daha 137 nəfər Xocalı sakini doğma yurda qovuşub VİDEO

Daha 137 nəfər Xocalı sakini doğma yurda qovuşub VİDEO

Avropa Kanoe Assosiasiyasının prezidenti: Azərbaycan gələcəkdə Avropa çempionatına da ev sahibliyi etməyə qadirdir

“Apple” korporasiyasının yubiley “iPhone” smartfonu rekord qiymətə satılacaq

Muxtar Babayev: QHT-lər COP29-da müzakirə və qərarvermə prosesinin mərkəzində olublar

Martda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1201-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Mayın 28-dək “η-Aquariid” meteor yağışı olacaq

Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir müavini: Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Seul KXDR qoşunlarının Rusiyaya göndərilməsini pisləyib

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

AFFA Region Liqasında 12:0 hesablı qələbə qeydə alınıb

Qırğızıstan Milli Bankı faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə gümüş sikkə buraxıb

Azərbaycan kikboksçuları Latviyada beynəlxalq yarışda 3 qızıl və 1 gümüş medal qazanıblar

Bahar Muradova: İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq

Qazaxıstanın Kurık limanında yeni terminallar tikiləcək

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi: Qlobal Cənub tarix boyu ədalətsizliyə və istismara məruz qalıb

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib

İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Ombudsman: Rəqəmsal texnologiyalardan istifadə əmək hüququ və məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini vacib edir

Karlo Ançelotti “Real Madrid”dən ayrılmaqla bağlı qərarını klub rəhbərliyinə və futbolçulara bildirib

DSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

Vəkillər Kollegiyasının nümayəndələri beynəlxalq konqresdə ətraf mühit problemlərinin müzakirəsində iştirak ediblər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilin birinci rübündə olan müraciətlərin sayını açıqlayıb

Ötən həftə 1925 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Milli Aviasiya Akademiyasının komandası Afinada beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə yüksəlib

Fransada həkimlər tətil və etiraz nümayişlərinə başlayırlar

Cinayət prosesində uşaq hüquqlarının müdafiəsinə dair təlimin açılışı olub

Donald Trampın dəstək reytinqi ABŞ liderləri arasında ən aşağı səviyyəyə enib

Ramil İskəndərli: Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar qürurvericidir

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib

Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir - YENİLƏNİB

Bobur Bekmurodov: Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün nümunə olmalıdır

ABŞ Yəməndə miqrant mərkəzini bombalayıb, azı 68 nəfər ölüb

Sitrus meyvələrinin ixracında 51,5 faiz artım qeydə alınıb

Dövlət Xidmətinin qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Luk Triangi: İşçilərin hüquqlarının qorunması ilə bağlı geniş yayılmış tənzimlənmə boşluqları mövcuddur

“Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” - təlim

Braziliyalı professor: Qlobal Cənub QHT Platforması regional və qlobal çətinliklərin həllinə yönələcək

Jilber Hunqbo: Hamı üçün mühafizəkar, inklüziv və layiqli şəraitin gücləndirilməsini təmin edə bilərik

Məmməd Musayev: 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb

“Nine Senses SEA BREEZE” sizi yoqa festivalına dəvət edir

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib VİDEO

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib VİDEO

Britaniyalı akademik: Azərbaycan iqlim məsələlərində özünü ən səriştəli dövlətlərdən biri kimi göstərib

Məsud Pezeşkian: Azərbaycandakı tərəfdaşlarımızla danışıqlar aparacaq, əlaqələrimizi genişləndirməyə çalışacağıq

Sahib Məmmədov: Süni intellekt Strategiyasının icrası Azərbaycanı bu sahədə regionda liderlər sırasına çıxaracaq

İaşə obyektləri “Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilir, müraciətlərin sayı 100-ü keçib

Premyer Liqaya vəsiqə qazanan komandanın baş məşqçisi: Çəkdiyimiz əziyyətlər boşa getmədi

Daşkənd Dövlət Aqrar Universitetinin nümayəndə heyəti ADAU-da səfərdə olub

FHN: Ötən həftə 41 nəfərin həyatı xilas edilib

Qlobal Cənub QHT Platforması təsis edildi

Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb

UNITAR-in prezidenti: Qlobal Cənub QHT Forumu əməkdaşlığı gücləndirəcək

“Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlayır

Anonimləşdirilmiş məhkəmə qərarları ilə necə tanış olmaq olar?

Vladanka Andreyeva: Təcrid olunmuş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması vacibdir

KXDR Rusiyaya hərbi qulluqçular göndərdiyini ilk dəfə etiraf edib

Azərbaycanda “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək

Qars-İğdır-Naxçıvan dəmir yolu Naxçıvanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası üçün mühüm layihədir - ŞƏRH

Wook-Jin Chang: Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir