Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin oktyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin oktyabrı

Bakı, 10 aprel, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

6 oktyabr. Heydər Əliyev Azərbaycanda prezident seçkilərində yerli icra hakimiyyəti orqanlarının rolu, iştirakı və məsuliyyəti ilə əlaqədar keçirilmiş müşavirədə çıxış etdi.

7 oktyabr. Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün açılışında nitq söylədi.

9 oktyabr. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) yeni binasının açılışında iştirak etdi.

Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı yerli və xarici KİV nümayəndələrinin suallarını cavablandırdı.

10 oktyabr. Bakıda Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsinin açılışında iştirak etdi.

11 oktyabr. Prezident seçkilərində Səbail rayonundakı 17 saylı seçki məntəqəsində səs verdi.

13 oktyabr. Azərbaycanda prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirdi.

15 oktyabr. Məşhur Rusiya rəssamı Nikas Safronovla görüşdü.

18 oktyabr. Yenidən prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimində nitq söylədi.

Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.

23 oktyabr. Qazaxıstanın Baş naziri Nurlan Balqimbayevlə görüşdü.

28 oktyabr. Türkiyə Cümhuriyyətinin 75 illik yubiley mərasimlərində iştirak etmək üçün Ankaraya yola düşdü.

29 oktyabr. Baki-Tbilisi-Ceyhan marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara bəyannaməsinin imzanlanması mərasimində çıxış etdi.

31 oktyabr. Türkiyənin Baş naziri Məsud Yılmazla görüşdü.

X X X

Ulu Öndər 1998-ci il oktyabrın 11-nə təyin olunmuş növbəti prezident seçkiləri kampaniyasının gedişində seçicilərlə çoxsaylı görüşlər keçirirdi. Oktyabrın 6-da təşkil olunan müşavirədə bəyan etdi ki, prezident seçkilərinin demokratik, şəffaf, sərbəst, ədalətli keçirilməsi üçün bütün tədbirlər görüləcək. Heydər Əliyev deyirdi ki, bunu hamıdan çox o özü istəyir: Biz dünyaya bəyan etmişik ki, Azərbaycan demokratik dövlət, cəmiyyət kimi dünya demokratiyasına qoşulur. Biz dəfələrlə sübut etmişik ki, Azərbaycanda demokratiya inkişaf etdirilir, Azərbaycan demokratiya yolu ilə gedir.

Təbii ki, bu baxımdan seçkilər, xüsusən prezident seçkiləri mühüm əhəmiyyət kəsb edirdi. Müşavirədəki çıxışı dövlət başçısının bu məsələyə necə böyük önəm verdiyini bariz şəkildə göstərdi.

Sitat: Azərbaycanın Prezidenti və oktyabrın 11-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi mən bu gün bəyan edirəm ki, Azərbaycanın bugünkü iqtidarı, hakimiyyət orqanları, icra orqanları respublikamızda prezident seçkilərinin demokratik, açıq-aşkar, sərbəst, ədalətli keçirilməsini hamıdan çox istəyir. Şəxsən mənə gəldikdə isə, deyə bilərəm ki, Azərbaycanda hamıdan çox bunu mən istəyirəm. Çünki beş ildir ki, hamımız - Azərbaycanın sağlam qüvvələri, ölkəmizin əhalisinin bizi dəstəkləyən əksəriyyəti ilə birlikdə respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qururuq və dövlət quruculuğu prosesi aparırıq. Həm siyasi, həm ictimai, həm sosial, həm də iqtisadi sahədə bununla əlaqədar lazımi tədbirlər görülür, islahatlar aparılır və müəyyən müsbət nəticələr əldə olunubdur. Biz dünyaya bəyan etmişik ki, Azərbaycan demokratik dövlət, ölkə, cəmiyyət kimi dünya demokratiyasına qoşulur.

1998-ci ilin prezident seçkiləri demokratiya yolunda irəliyə doğru daha bir mühüm addım oldu. Ulu Öndər seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bir həftə sonra keçirilən andiçmə mərasimində bu etimadı fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirən Heydər Əliyev, həmçinin gələcək fəaliyyətinin əsas istiqamətlərini açıqladı: “Mən xalq tərəfindən yenidən seçilmiş prezident kimi bəyan edirəm ki, biz Azərbaycanda mövcud vəziyyəti tam obyektiv, düzgün, ədalətli qiymətləndiririk. Əldə olunan nailiyyətləri də görürük, ancaq eyni zamanda çatışmazlıqları, nöqsanları, qüsurları və buraxılan səhvləri də görürük. Buna görə mən Azərbaycan prezidenti kimi qarşıdakı fəaliyyətimdə müsbət meyillərin inkişaf etdirilməsinə nail olmağa və mövcud nöqsanların aradan qaldırılmasına çalışacağam”.

Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Ulu Öndər ömrünün mənasının xalqa sədaqətlə xidmət etmək olduğunu söylədi, Vətən sevgisini bir daha dilə gətirdi.

Sitat: Mən xoşbəxtəm ki, həyatım boyu vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bunu həmişə həyatımın, ömrümün mənası hesab etmişəm. Bu gün də sona qədər mənim ömrümün mənası xalqa sədaqətlə xidmət etməkdən ibarət olacaqdır. Ancaq xalqa xidmət edən hər bir kəs öz xidmətinin qiymətləndirilməsi arzusunda olur. Mən də həmişə bu arzuda olmuşam. Mən bəxtəvərəm ki, xalqa etdiyim xidmətlər qiymətləndirilib. Mən, adi bir Azərbaycan oğlu xalqımın on illərlə böyük etimadına layiq ola bilmişəm...

Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Azərbaycan haqqında hər bir vətəndaş öz ürək sözlərini deyə bilər. Mənim ürəyim daim öz doğma vətənim Azərbaycanla bağlı, Azərbaycan haqqında hissiyyatlarla dolu olubdur.

Ümummilli Lider Heydər Əliyev qonşu Gürcüstanla əlaqələrin inkişafına və orada yaşayan soydaşlarımıza xüsusi diqqət göstərirdi. Azərbaycan-Gürcüstan sərhədində, Qırmızı körpü yaxınlığında yeni körpünün açılış mərasimində iştirak edən Ulu Öndər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi.

Sitat: Bugünkü görüş gürcü və Azərbaycan xalqlarının dostluğunun, qardaşlığının, müstəqil Gürcüstanın və müstəqil Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin gözəl bir təzahürüdür. Mən bu gün cəsarətlə deyə bilərəm ki, gürcü və Azərbaycan xalqlarının qədim dostluğu, qardaşlığı və bugünkü dostluq əlaqələri, müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan arasında son vaxtlarda yaranmış dövlətlərarası əlaqələr, dostluq və qardaşlıq əlaqələri bütün dünya xalqları, dövlətləri üçün ən gözəl nümunədir. Gürcü-Azərbaycan dostluğu böyük sınaqlardan, imtahanlardan keçibdir. Mən dünyanın bir çox yerlərində bunu dəfələrlə bəyan etmişəm. Bu gün bir daha bəyan edirəm ki, qonşu yaşayan iki xalq - gürcü və Azərbaycan xalqları qədim zamanlardan həmişə dost, qardaş olmuşlar. Bütün tarixə nəzər salarkən qətiyyətlə deyə bilərik ki, bizim xalqlarımız arasında heç vaxt nifaq, ziddiyyət, düşmənçilik, qarşıdurma olmamışdır. Biz həyatın bütün mərhələlərində dost, qardaş olmuşuq. Bu gün də müstəqil dövlətlər kimi, azad xalqlar kimi yenə də bu dostluğu, qardaşlığı davam etdiririk.

Son 25 ildə Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf edərək bugünkü yüksək səviyyəyə çatıb. Aradan uzun illər keçməsinə baxmayaraq, Heydər Əliyevin xidmətləri zaman-zaman minnətdarlıqla xatırlanır. 2023-cü il aprelin 7-də Azərbaycana səfər edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatında Prezident İlham Əliyevə müraciətlə söylədiyi fikirlər buna ən yeni nümunə ola bilər: “Bu il ölkənizdə Siz dahi atanız Heydər Əliyevin 100 illiyini qeyd edirsiniz. Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub”.

Xronologiyadan göründüyü kimi, 1998-ci ilin oktyabr ayında yaşanan ən mühüm hadisələrdən biri də Ulu Öndərin qardaş Türkiyəyə səfəri və Bakı-Tbilisi-‎Ceyhan (BTC) boru kəməri marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara ‎bəyannaməsinin imzalanması oldu. Heydər ‎Əliyevin təşəbbüsü ilə hazırlanan bəyannaməni Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və ‎Özbəkistanın dövlət başçıları, həmçinin ABŞ-nin ‎energetika naziri imzaladı. ‎Ankara bəyannaməsi Xəzər hövzəsindəki neft və qaz ehtiyatlarının ‎Transxəzər və Transqafqaz neft və qaz kəmərləri sistemlərini əhatə edən, Şərq-‎Qərb enerji dəhlizi ilə daşınmasını nəzərdə tutan layihələr sisteminin əsas vəsiləsi ‎olan Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun seçildiyini bütün dünyaya bəyan ‎etdi.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər ‎Əliyev BTC-nin Şərqlə Qərbi birləşdirən ən iri enerji dəhlizinə çevriləcəyinə ‎inamını ifadə etdi.

Sitat: Mən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin böyük gələcəyinə, uğuruna inanıram. Mən inanıram ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi bizim ölkələrimiz arasında olan dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaqdır. Eyni zamanda, bunlar hamısı ölkələrimizin dövlət müstəqilliyinin nə qədər vacib olduğunu sübut edir. Biz yalnız dövlət müstəqilliyi əldə edəndən sonra öz təbii sərvətlərimizin sahibi olmuşuq, bunlardan sərbəst surətdə istifadə edirik və hasil edilmiş nefti istədiyimiz vaxt dünya bazarlarına çıxarırıq.

Əfsuslar olsun ki, Ulu Öndərə BTC-nin reallaşmasını görmək nəsib olmadı. Lakin həyat onun neft strategiyasının nə qədər ölçülüb-biçilmiş olduğunu dönə-dönə təsdiqlədi. Bu ilin əvvəlinə olan məlumata görə, kəmərin istismara verildiyi 2006-cı ildən bəri Ceyhan limanına təqribən 4 milyard barel Azərbaycan nefti nəql edilib və burada tankerlərə yüklənərək dünya bazarlarına göndərilib. BTC Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlər gətirməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən