Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin fevralı

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin fevralı

Bakı, 26 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 fevral. Prezident Heydər Əliyev Bakı tütün fabrikinin açılış mərasimində nitq söylədi.

2 fevral. Azərbaycanın bir qrup tanınmış idmançıları və yığma komandanın baş məşqçiləri ilə görüşdü.

10 fevral. ABŞ-ın “Devon Energy Corporation” şirkətinin nümayəndə heyətini qəbul etdi.

11 fevral. Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdü.

12-24 fevral. ABŞ-da işgüzar səfərdə oldu və oradan birbaşa Londona getdi.

25 fevral. Xocalı soyqırımının səkkizinci ildönümü ilə əlaqədar xalqa müraciət etdi.

27 fevral. Londonda ABŞ-ın “Pİ ES Cİ İnternəşnl” şirkətinin prezidenti Ed Smit ilə görüşdü.

28 fevral. Londondan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarını cavablandırdı.

X X X

Fevralın 1-də Bakı tütün fabrikinin açılışı oldu. Tədbirdə çıxış edən Ulu Öndər fabrikin açılışını Azərbaycanda bazar iqtisadiyyatının tətbiqi istiqamətində əlamətdar hadisə kimi qiymətləndirdi. Heydər Əliyev vurğuladı ki, müasir texnologiya, texnika və standartlar səviyyəsində yenidən qurulan Bakı tütün fabriki Azərbaycanda sahibkarlığın, özəlləşdirmənin, bazar iqtisadiyyatına keçidin əyani nümunəsidir. Son illər respublikanın kənd təsərrüfatında tütün istehsalının özünəməxsus yer tutduğu nəzərə alınsa, belə bir fabrikin işə salınması xüsusi önəm daşıyır. Ulu Öndər çıxışında bu və digər məsələlərlə yanaşı, Azərbaycana investisiya qoyuluşu sahəsində əldə olunan nailiyyətlərə toxundu.

Sitat: “Bilirsiniz ki, son 5 ildə biz Azərbaycana xarici investisiyanın cəlb olunması prosesini inkişaf etdirməyə çalışırıq. Biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bu müddətdə Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya qoyulubdur. Amma bunun çox hissəsi neft sektoruna qoyulubdur. Bizim bu sahədə nailiyyətlərimiz böyükdür və bu nailiyyətlər gələcəkdə daha da çox olacaqdır. Biz çalışırdıq, bu gün də çalışırıq və bundan sonra da çalışacağıq ki, qeyri-neft sektoruna xarici investisiya daha da çox cəlb olunsun. Bunun üçün imkanlar da, investorlar da vardır. Azərbaycanda investisiya qoyulası yerlər də, müəssisələr də, imkanlar da vardır. Əgər biz bu sahədə istənilən nailiyyəti əldə edə bilməmişiksə, demək, bizim ayrı-ayrı hökumət orqanlarında rəsmi şəxslər tərəfindən bu prosesin həyata keçirilməsinə maneçilik törədilir”.

Prezident Heydər Əliyev Azərbaycan idmanının inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Deyirdi ki, ölkənin xaricdə tanınmasında idman və idmançılar mühüm rol oynayırlar. Bu, Azərbaycan kimi gənc respublika üçün son dərəcə vacibdir. İdmanın inkişafını prioritet vəzifə kimi qarşıya qoyan Ulu Öndərin beynəlxalq arenada fərqlənən idmançılarla görüşləri ənənə halını almışdı. Belə görüşlərdən biri də 2000-ci il fevralın 2-də Prezident sarayında Azərbaycanın bir qrup tanınmış idmançısı və yığma komandanın baş məşqçiləri ilə oldu. Ümummilli Lider Gənclər günü münasibətlə onları təbrik edərək əminliklə bildirdi ki, indiki gənc nəsil Azərbaycanın parlaq gələcəyi yolunda öz xidmətlərini göstərəcək. Əgər gənclərimiz yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyindən narahat olmamalıyıq. Ölkəmizdə bu gün belə bir gənc nəsil yetişir, onlar Azərbaycanı bizdən də yaxşı inkişaf etdirməyə qadir olacaqlar.

Sitat: “Burada verilən məlumatlar bir də onu təsdiq etdi ki, Azərbaycanın idmanı son illərdə çox sürətlə inkişaf edir. Bu təbiidir ki, bizim əldə etdiyimiz nailiyyətlər içərisində çox görkəmli yer tutur. Biz çalışırıq ki, müstəqil dövlətimizi möhkəmləndirək, inkişaf etdirək. Biz çalışırıq ki, siyasi, iqtisadi, sosial islahatlar həyata keçirib Azərbaycanı inkişaf etdirək. Biz çalışırıq ki, insanların rifah halını yaxşılaşdıraq. Biz çalışırıq ki, Azərbaycanın böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Bunlar hamısı bizim üçün vacibdir və bu sahələrdə bizim nailiyyətlərimiz göz qabağındadır. Ancaq bunların içərisində gənclərin nailiyyətləri, o cümlədən bizim idmançıların nailiyyətləri çox görkəmli yer tutur. İdmançıların nailiyyətləri gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olduğunu göstərir. Sizin kimi idmançılar - dünyada Azərbaycanın idmanını nümayiş etdirən, ölkəmizi tanıdan və Azərbaycanda idmanın səviyyəsini dünyaya göstərənlər, təbiidir ki, çox böyük iş görürsünüz. Sizinlə hər dəfə görüşəndə, məlumatlarınızı dinləyəndə mən böyük iftixar hissi keçirirəm. Bizim xalqımız fiziki cəhətdən sağlam xalqdır. Xalqımızın mənəviyyatı da yüksəkdir. Ancaq keçmiş zamanlarda biz idman sahəsində heç vaxt indiki qədər nailiyyətlər əldə etməmişik. Ona görə yox ki, bizim gənclərimiz, idmançılarımız buna qadir olmayıblar. Ona görə ki, birinci növbədə, biz müstəqil olmamışıq və Sovet İttifaqı, SSRİ tərkibində bizim idmançıların özlərini göstərmək və öz fəaliyyətləri nəticəsində onlara layiq olan yerləri tutmaq imkanları məhdud olubdur. İkinci də ona görə ki, indi müstəqil Azərbaycanda idmana, olimpiya hərəkatına xüsusi diqqət yetirilir və bir də bugünkü nailiyyətlər keçmişdən ona görə artıqdır, yüksəkdir ki, indi hər bir Azərbaycan idmançısında vətənpərvərlik hissi, vətənə məhəbbət, sevgi hissi əvvəlkilərdən, təbiidir ki, yüksəkdir”.

Fevralın 11-də Heydər Əliyev Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə bu ali təhsil ocağının və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdü. Görüşdə çıxış edən Ulu Öndər Azərbaycan Dövlət Universitetinin tariximizdə çox böyük yer tutduğunu söyləyərək vurğuladı ki, BDU 1919-cu ildə Azərbaycanda Xalq Cümhuriyyəti hakimiyyətdə olduğu zaman təşkil edilib və xalqımızın tarixində ilk universitetdir. O, təkcə bizim xalqımızın yox, ümumiyyətlə, Şərq aləminin ilk dünyəvi universitetidir. Səksən illik fəaliyyəti dövründə Azərbaycanda təhsilin, elmin inkişafında böyük töhfələr verib. İndi çoxlu universitetlərimiz var. BDU bu gün də Azərbaycan ali təhsilinin önündə gedir.

Sitat: “Azərbaycanda ümumi icbari təhsil sistemi çoxdan yaranıbdır və həyata keçirilir. Bütün bunların hamısında Azərbaycanın universitetlərinin, yəni ali məktəblərinin çox böyük əməyi, xidməti vardır. Bunların içərisində isə Bakı Dövlət Universiteti xüsusi yer tutur. Çünki son illər Azərbaycanda yaranan bir çox universitetlər, ali təhsil ocaqları Bakı Dövlət Universitetindən ayrılaraq müstəqil ali məktəbə, universitetə çevriliblər. Bütün bunlara görə də Bakı Dövlət Universiteti Azərbaycanda çox böyük hörmətə malikdir. Təbiidir ki, onun tarixi həmişə bizim arzu etdiyimiz, istədiyimiz kimi olmayıbdır. Yaranandan sonra onun həyatında böyük nailiyyət nümayiş etdirən dövrlər də olubdur. Ancaq totalitar rejim dövründə, xüsusən 1930-cu illərdə Azərbaycanda ziyalılara və bir çox elm, təhsil adamlarına ədalətsiz münasibət göstərilən zaman, onlar repressiya edilən zaman universitetin də görkəmli şəxsiyyətləri repressiya qurbanları olublar. Sonrakı dövrlərdə də, xüsusən Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra da Bakı Dövlət Universitetinin bu günə gəlib çatması üçün çox işlər görmək lazım idi. Yəni demək istəyirəm ki, universitetin tarixi, ümumiyyətlə, təbiidir, hər bir tarix müxtəlif mərhələlərdən ibarətdir. Mən çox məmnunam ki, Bakı Dövlət Universiteti indiyə qədər olduğu kimi, Azərbaycan ali təhsilinin önündə gedir. O, Azərbaycanda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqlarının hamısına örnəkdir”.

Ümummilli Lider Heydər Əliyev 2000-ci il fevralın 12-24-də ABŞ-da növbəti işgüzar səfərdə oldu. Zəngin proqrama malik səfər çərçivəsində ABŞ Prezidenti Bill Klinton, görkəmli siyasi xadim Zbiqnev Bjezinski, səfir Riçard Armitac ilə və bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşdü. Həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madlen Olbraytla telefonda danışdı, “Meridian Hauz” qəsrində Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş rəsmi qəbulda nitq söylədi.

Ulu Öndər əvvəlki səfərləri zamanı olduğu kimi, bu dəfə də KİV ilə ünsiyyətə, jurnalistlərlə görüşlərə geniş yer ayırırdı. Prezident Bill Klintonla görüşündən sonra Ağ evin qarşısında yerli və xarici jurnalistlərə müsahibə verdi, “Washington Post” və “New York Times” qəzetlərinin redaksiya heyətlərinin üzvləri ilə görüşdü.

Vaşinqtonda keçirdiyi görüş və tədbirlərdə Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətləri barədə danışmaqla yanaşı, Xəzər dənizindəki enerji ehtiyatlarından istifadə edilməsi, Bakı-Ceyhan boru xətti, Transxəzər qaz xətti, Amerika-Azərbaycan ikitərəfli əlaqələr barədə fikirlərini səsləndirdi. Eyni zamanda Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün region ölkələrinə kömək göstərməyə çağırışlar etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgisi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır

® “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Əjdaha qayıqları yarışı və “Zongzi” əfsanəsi: ADU-da Çin festivalı barədə mühazirə oxunub

Mustafa Eleskandarani: Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzTU professoru Türkiyədə ustad dərsləri keçib

Türkiyənin Adana şəhərində Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən “Köhnə çamadanlar” filmi nümayiş etdirilib

Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti RƏY

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada zəlzələ olub

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub VİDEO

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub VİDEO