® Mərkəzi Gömrük Hospitalında uşaq cərrahlarının növbəti aylıq elmi toplantısı keçirilib
Mərkəzi Gömrük Hospitalında uşaq cərrahlarının növbəti aylıq elmi toplantısı keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, uşaq cərrahı Toğrul Piriyev, o cümlədən müxtəlif tibb müəssisələrində uşaq cərrahiyyəsi üzrə ixtisaslaşan rezidentlər və onların kuratorları iştirak edib.
Elmi toplantını giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev kurator və rezidentləri salamlayıb. O, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssislərarası təcrübə mübadiləsinin təşkil edilməsi istiqamətində olan elmi fəaliyyətləri barədə geniş məlumat verib və bu istiqamətdə olan əməkdaşlıqlara daim dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Daha sonra Ege Hospitalın uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru, dosent Allahverdi Musayev “Nekrotik pnevmoniya”, Mərkəzi Klinikanın uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Fuad Hüseynov “Ağciyərin kistik xəstəliyi” və Nizami Tibb Mərkəzinin uzman uşaq cərrahı Cavid Nağıyev “Böyrək çıxışı darlığı səbəbindən ağırlaşmış xəstənin cərrahi müalicəsi” mövzularında təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
Elmi toplantı zamanı aktiv müzakirələr aparılıb.
Toplantı iştirakçıları Mərkəzi Gömrük Hospitalında tədbirin yüksək səviyyədə təşkilinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.