"Uğur" komandası ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub
Bakı, 14 may, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqasının 2018/2019-cu il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "ASCO Arena"da keçirilən final oyununda Qusarın "Sahdağ" və Sumqayıtın "Uğur" komandaları qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Uğur" ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç təqdim ediblər.
Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]