ABŞ Avropa ölkələrinin İrana qarşı sanksiyaları bərpa etmək təşəbbüsünü dəstəkləyib
Vaşinqton, 28 avqust , AZƏRTAC
ABŞ Fransa, Almaniya və Böyük Britaniyanın BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün başlatdığı prosesi alqışlayıb.
AZƏRTAC-ın məlumatına görə, bununla bağlı bəyanat yayan dövlət katibi Marko Rubio Birləşmiş Ştatların üç müttəfiqinin bu işdə rəhbərliyini yüksək qiymətləndirib. O deyib ki, yaxın həftələrdə ABŞ onlarla və BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə İrana qarşı beynəlxalq sanksiyaların və məhdudiyyətlərin geri qaytarılmasını uğurla başa çatdırmağa çalışacaq.
“Eyni zamanda, Birləşmiş Ştatlar İranın nüvə probleminin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün İranla birbaşa əlaqəyə hazırdır. Sanksiyaları qaytarma diplomatik səylərimizə hazırlığımızla ziddiyyət təşkil etmir, onu gücləndirir. Mən İran liderlərini xalqının heç vaxt nüvə silahına sahib olmayacağını təmin etmək, sülh yolu ilə getmək və İran xalqının rifahını yüksəltmək üçün təcili addımlar atmağa çağırıram”,- deyə bəyanatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]