ABŞ-da güclü tufan 200 mindən çox insanı işıqsız qoyub
Bakı, 30 iyul, AZƏRTAC
Şiddətli fırtına ABŞ-ın Kolumbiya dairəsində, Virciniya və Merilend ştatlarında elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub. “PowerOutage” portalının məlumatına görə, 200 mindən çox istehlakçı işıqsız qalıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Vaşinqtonda təqribən 14 min, Merilenddə 100 min, Virciniyada 90 mindən çox istehlakçı işıqsız qalıb.
Kolumbiya dairəsinin yanğınsöndürmə idarəsi ərazidə azı iki nəfərin xəsarət aldığını bildirib. Onların maşınının üstünə ağac aşıb.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, Vaşinqtonun bəzi ərazilərində küləyin sürəti saniyədə 37 metrə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]