ABŞ-da miqrantlara qarşı qadağalar sərtləşdirilir
Bakı, 17 mart, AZƏRTAC
ABŞ-ın Florida ştatının qubernatoru Ron de Santis miqrantlarla bağlı yeni qanun layihəsinin təsdiqlənəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsində qanunsuz miqrantların törətdiyi cinayətlərə görə cəzalar ağırlaşdırılacaq.
Yeni qanunla sənədsiz avtomobil idarə edən qanunsuz miqrantın cəzası 60 gündən 1 ilə qaldırılır. Ştatın qanunvericiliyi miqrantların sürücülük vəsiqəsi almasını qadağan edir.
Oğurluğa görə azadlıqdan məhrumetmənin müddəti 5 ildən 15 ilə artırılır. Qəsdən bədənə xəsarət yetirmə cinayətinə görə isə əvvəlki kimi 15 il deyil, 30 il həbs nəzərdə tutulur.
Qubernator bildirib ki, rəhbərlik etdiyi ştatda heç bir qanunsuz miqranta dözümlülük nümayiş etdirilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]