ABŞ-da sürücü maşını etirazçıların üstünə sürüb, bir nəfər həlak olub
Vaşinqton, 15 iyun, AZƏRTAC
Minnesota ştatındakı Minneapolis şəhərində yolsuzluq maşınının sürücüsü həmin maşını iyunun 3-də asayiş keşikçilərinə atəş açmış Uinston Smit adlı kişinin polis tərəfindən güllələnməsinə etiraz aksıyasına toplaşan insanların üstünə sürüb.
AZƏRTAC xəbər verir ki, sürücü maşını etiraz nümayişinin iştirakçılarının üstünə sürəndə onlar sürücünün əl-qolunu bağlayıblar, sonra özünü yetirmiş polis patrulu onu saxlayıb. Şəhər polisinin məlumatına görə bu hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya düşüb.
Şübhəli şəxsi bu hərəkəti törətməyə sövq etmiş səbəb hələ məlum deyil. Sürücü xəsarət almış vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun adı bildirilmir, lakin polis bəyan edib ki, bu hadisədə əli olan insanların hamısı yaşlı adamlardır. Polis nümayəndəsi şübhəli şəxsə hansı ittihamların təqdim edildiyini dəqiqləşdirmədən deyib: “İlkin təhqiqat göstərir ki, sürücü bu qəzanı narkotiklərin təsiri altında və ya içkili vəziyyətdə törədib”.
AZƏRTAC-ın Vaşinqton bürosu