ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya daxil olmasının vaxtını proqnozlaşdırmaqdan imtina edib
Bakı, 12 iyul, AZƏRTAC
ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya daxilolma vaxtını və münaqişənin başa çatması üçün şərtləri proqnozlaşdırmaqdan imtina edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib. O deyib: “Biz hər hansı vaxt müddəti qoymuruq. Düşünmürəm ki, bunu etmək məqsədəuyğundur, çünki alyansın bu gün kommünikedə qeyd etdiyi kimi, alyans üzvləri göstərilən şərtlərin yerinə yetirilməsi ilə razılaşan zaman Ukraynaya dəvət göndərməyə hazır olacaqlar”.
M.Miller, həmçinin hərbi əməliyyatlar bitməyənədək Kiyevin NATO-ya qəbulunun mümkünsüzlüyü ilə bağlı Vaşinqtonun mövqeyini təsdiqləyib, çünki əks halda ABŞ Rusiya ilə münaqişə vəziyyətində ola bilərdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]