ABŞ Konqresinin üzvü Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat vermişdir
Vaşinqton, 1 mart (AZƏRTAC). ABŞ Konqresinin üzvü Pit Olson Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Konqresdə bəyanat vermişdir. Bu bəyanatın verilməsində ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının xüsusi rolu olmuşdur.
Xocalı faciəsi qurbanlarının xatirəsini yad edən konqresmen, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasına kömək etmək üçün ABŞ-ın səylərini artırmasının vacibliyini vurğulamışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]