ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri həftəsonu Misirə səfər edəcək
Bakı, 5 aprel, AZƏRTAC
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin Qəzza zolağında saxlanılan girovlarla bağlı danışıqlar aparmaq üçün həftəsonu Qahirəyə səfər edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, MKİ-nin direktoru İsrailin kəşfiyyatının (Mossad) rəhbəri David Barnea, Qətər və Misirin yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, martın 18-də Dohada İsrail və HƏMAS hərəkatının iştirakı, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəsin yaradılması məsələsi ilə bağlı danışıqlar bərpa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]