ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarmağa hazırlıq görür
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 23-də Birləşmiş Ştatların iki B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsi Qətərdə yerləşən aviabazaya gətirilib. Onlar ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması üzrə əməliyyatı müşayiət edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Bombardmançı təyyarələr qoşunların Əfqanıstandan çıxarılması üzrə əməliyyatın gedişində Amerika qüvvələrinin və koalisiyanın qorunması üçün yerləşdirilib”, - deyə bəyanatda bildirilir.
Məlumatda deyilir ki, ABŞ Hərbi Hava Qüvvələri hərbçilərin nizamlı və təhlükəsiz çıxarılması üçün lazımi müdafiəni təmin etmək niyyətindədir.
Xatırladaq ki, 2020-ci il fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.
Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin may ayında başlanacağını və sentyabrın 11-də yekunlaşacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]