“ABŞERONNEFT” NQÇİ 29 YENİ QUYU İSTİSMARA VERMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Abşeronneft” NQÇİ “Gürgan-dəniz” yatağında yeni 212 nömrəli quyunu istismara vermişdir.
“Neft daşları” Qazma İşləri İdarəsinin qazdığı quyu sutkada 15 ton neft verir. “Gürgan-dəniz” yatağının işlənməsinə 1947-ci ildə başlanılmışdır. Burada işlər “Neft daşları” ilə eyni üsulla, dənizin üzərindən uzanan estakadaların tikintisi yolu ilə həyata keçirilmişdir. Ötən 40 il ərzində yataqdan 7,2 milyon ton neft, 600 milyon kubmetr səmt qazı hasil edilmişdir. Estakada tamamilə sıradan çıxdığına görə 1989-cu ildə “Gürgan-dəniz” yatağında hasilat dayandırılmışdı.
Yataqda kifayət qədər çıxarıla bilən neft ehtiyatları qaldığına görə, ARDNŞ və “Azneft” İB-nin rəhbərliyi yenidən yatağa diqqət yetirmişlər. 2002-ci ildə 6 quyunun qazılması üçün nəzərdə tutulan 7 bloklu platforma inşa edilərək sahildən 3 kilometr aralıda, dənizin 8 metr dərinliyində quraşdırılmışdır. Ötən 6 il ərzində aşağı horizontlara 5 quyu qazılmışdır. Hazırda sayca altıncı olan, 213 nömrəli sonuncu quyunun qazılmasına hazırlıq gedir.
İlin əvvəlindən bəri qeyd edilən yataqda 29 yeni quyu istismara verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]