ADY: Səfərə 25-30 gün qalmış bilet alan sərnişinlər endirimdən yararlana biləcəklər
Bakı, 23 sentyabr, AZƏRTAC
Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər maksimum 15 faiz endirimdən yararlana biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bugünkü brifinq zamanı bildirib.
Departament rəhbəri qeyd edib ki, bununla sərnişinlər sürətli qatarlarla Ağstafaya 14,5 manat, Qəbələyə isə 12 manata bilet əldə etmək şansı əldə edirlər.
“Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb”, - deyə A.Fərəcov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:01]
Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır
- 24.09.2026 [15:52]