AFFA futbolçu olmuş şəhid əsgərlə bağlı paylaşım edib
Bakı, 17 noyabr, AZƏRTAC
AFFA noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Assosiasiyanın instaqram səhifəsində edilən paylaşımda bildirilir: “Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.
Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin!”.
Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]