AFFA-nın baş katibi: Futbolumuzun durumu ürəkaçan deyil, hər şeyi sıfırdan qurmalıyıq
Bakı, 11 aprel, AZƏRTAC
“Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Millimizin nəticələri hamımızı məyus edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, vəziyyətdən çıxış yolu tapılmalıdır.
“Bunun üçün İnkişaf Strategiyası qəbul olundu. Düzgün plan uğurlu işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. AFFA-da kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə milli assosiasiyanın strukturunda dəyişikliklər olacaq. Hər şeyi sıfırdan qurmalıyıq”, - deyə Cahangir Fərəcullayev vurğulayıb.
Baş katib uşaq futbolunda problemlərin olduğunu etiraf edib: “Bunun üçün yaxşı infrastruktur lazımdır. Hazırda bir nömrəli problem məşqçi qıtlığıdır. 10 milyonluq ölkə üçün cəmi 7 təlimçimiz var. Ona görə təlimçi yetişdirməliyik. Bunun üçün müəyyən vaxt lazımdır. AFFA tərəfindən təkliflər paketi hazırlanıb müvafiq qurumlara təqdim olunacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]