AFFA-nın İntizam Komitəsi iki paytaxt klubunu cərimələyib
Bakı, 16 fevral, AZƏRTAC
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XXI turunun oyunlarında baş verən xoşagəlməz hadisələrlə bağlı qərarlar qəbul olunub. Nəticədə komitə paytaxt klublarını cərimələyib. Turda yeganə qırmızı vərəqə alan futbolçu Kənan Müslümov bir oyunluq cəza alıb. “Zirə” ilə matçda ikinci sarı vərəqə səbəbi ilə meydandan qovulan müdafiəçi “Rəvan” klubunu iki yüz manat ziyana salıb.
“Xəzər-Lənkəran”la qarşılaşmada dörd futbolçusu sarı vərəqə alan “Neftçi”nin cəriməsi daha ağır olub. “Neftçi” min manat ödəməli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]