AFFA rəhbərliyi Tərlan Əhmədovu təbrik edib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, 1990-cı ildə SSRİ U-19 yığmasının heyətində Avropa çempionu adını qazanmış, “Neftçi”, “Turan”, “Qarabağ”, “Karvan”, “Şəfa”, “Olimpik-Şüvəlan”, “Terek” (Rusiya), “Anji” (Rusiya), “Fakel” (Rusiya), “Volın” (Ukrayna) və başqa klubların heyətində çıxış etmiş, Azərbaycan milli komandasında 75 oyun keçirmiş, 1999-cu ildən 2005-ci ilə qədər millimizin kapitanı olmuş Tərlan Əhmədovun bu gün 50 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, əlamətdar yubiley münasibətilə bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov T.Əhmədovla görüşüb, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından onu təbrik edib, xoş arzularını çatdırıb. Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.
Tərlan Əhmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]