Ağcabədidə 10 min hektardan çox sahədə pambıq becəriləcək
Ağcabədi, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda olan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ildə Ağcabədi rayonunda 10 min hektarda pambıq əkilib, 23 min 304,91 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 23,3 sentner olub. 2017-ci illə müqayisədə pambıq əkini sahələri 4,7 faiz, pambıq istehsalı isə 13,6 faiz artıb.
Ağcabədili fermerlər 2019-cu təsərrüfat ilinə daha hazırlıqlı başlayıblar. Belə ki, 5145,5 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4000 hektarı “Azərpambıq” MMC və 1300 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 445,5 hektarda pambıq əkini üçün 1686 istehsalçı ilə müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]