Ağcabədidə qanvermə aksiyası keçirilib
Ağcabədi, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 92 nəfər qan verib.
Respublika Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.