AĞDAMDA KEÇİRİLƏN “QARABAĞ”-“İNTER” GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATMIŞDIR
Bakı, 4 may (AZƏRTAC). Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti turun oyunları olmuşdur.
“Qarabağ” komandası 16 illik fasilədən sonra ilk dəfə ev oyununu Ağdamda keçirmişdir. Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda meydan sahibləri “İnter”i qəbul etmişlər. Görüş 1:1 hesabı ilə başa çatmışdır.
Bu turdan sonra ölkə çempionatında lider “Bakı” komandasıdır. Son oyunda “Simurq” üzərində 1:0 hesabı ilə qələbə qazanan “Bakı”nın 56 xalı vardır. “İnter” 55 xalla ikinci yerdədir.
Digər oyunlarda bu nəticələr qeydə alınmışdır: “Standard”-“Turan”- 4:1, “Bakılı”-MOİK-1:0, “Karvan”-“Neftçi”-1:1, “Olimpik”-“Muğan”-1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]