Ağdaşda şəhidlərin xatirəsi anılıb
Ağdaş, 20 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri zamanı şəhadətə yüksələn Rzayev İqbal İlham oğlu və Mehdiyev Süleyman Mənsur oğlunun ildönümləri sentyabrın 20-də Ağdaşda və Qarağan Şıxlar kəndində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimlərdə rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə şəhidlərin həyat yolu, xidmətləri və Vətən uğrunda göstərdikləri qəhrəmanlıq haqqında məlumat verilib. Çıxış edənlər vurğulayıblar ki, antiterror tədbirlərinin gedişi zamanı şəhidlik zirvəsinə ucalan soydaşlarımızın fədakarlığı Azərbaycan Ordusunun Qələbəsində mühüm rol oynayıb və onların xatirəsi daim yaşayacaq.
Mərasimlərdə şəhidlərin ruhlarına dualar oxunub və onların xidmətlərinin gənc nəsillərə nümunə olması barədə danışılıb.
Qeyd olunub ki, şəhid İqbal Rzayev və şəhid Süleyman Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:01]
Tovuz rayon prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var
- 10.06.2026 [11:30]
Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
- 10.06.2026 [11:23]
Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [22:13]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:51]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:50]