AĞDAŞLILAR HEYDƏR ƏLİYEVİN ADINI HƏR ZAMAN UCA TUTACAQLAR
Ağdaş rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ümummilli liderimiz, dünya şöhrətli siyasətçi, Prezident Heydər Əliyevin vəfatını dərin kədər hissi ilə qarşılayan rayon sakinləri təhsil, mədəniyyət, tibb müəssisələrində, idarə və təşkilatlarda Heydər Əliyev muzeyləri, xüsusi guşələr yaratmış, 20 mindən yuxarı adam Xatirə kitabına ürək sözlərini yazmış, minlərlə ağdaşlı Fəxri xiyabanda böyük öndərin qəbrini ziyarət etmişdir. Cümə məscidində 7 gün ehsan verilmişdir. Bu mərasimlər 40 gün davam edəcəkdir.
Ayrı-ayrı toplantılarda çıxış edən ağdaşlılar Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə dəfələrlə rayona gəldiyini, burada unudulmaz görüşlər keçirdiyini xatırlamış, bundan sonra da Heydər Əliyev siyasi kursuna sadiq qalacaqlarını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə daim dəstək verəcəklərini bildiriblər.